Daha 72 şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış 72 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mənzillərin təqdim olunması zamanı nazir müavini Vüsal Nəsirli vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı işləri ildən-ilə genişlənir.

V.Nəsirli şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin maddi təminatlarının gücləndirilməsi üçün onların Azərbaycan Prezidentinin aylıq təqaüdləri, pensiya və müavinətlərlə təminatının da həyata keçirildiyini, şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət ödənildiyini bildirib. O, həmçinin dövlət başçısının müvafiq fərmanına əsasən şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verildiyini diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, bugünədək artıq 2897 şəhid hərbi qulluqçu üzrə 3856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Həmin qərarlar əsasındamüvafiq vəsaitlərin ödənişi davam etdirilir.

Yeni mənzillə təmin olunanları təbrik edən V.Nəsirli növbəti ildə cari ildəkindən çox olmaqla, azı 800 mənzilin şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinə təqdim olunmasının planlaşdırıldığını bildirib.

Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar