Azərbaycana gələnlərin hər beş nəfərindən biri Körfəz ölkələrinin vətəndaşları olub

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2 633,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, gələnlərin 31,1%-i Rusiya Federasiyası, 20,9%-i Gürcüstan, 10,1%-i Türkiyə, 8,6%-i İran, 3,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Səudiyyə Ərəbistanı, 2,4%-i İraq, 2%-i Ukrayna, 1,5%-i İsrail, 17,5%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 65,7%-ni kişilər, 34,3%-ni isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,1%-i yanvar, 6,4%-i fevral, 10,5%-i mart, 8,3%-i aprel, 7,9%-i may, 10,2%-i iyun, 12,5%-i iyul, 12,2%-i avqust, 8,8%-i sentyabr, 8%-i oktyabr, 8,1%-i isə noyabr ayında ölkəyə gəlib.

Bu ilin yanvar-noyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə Azərbaycana gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 1,9 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 10,4%, Oman vətəndaşlarının sayı 8,5% artıb. İrandan gələnlərin sayında 33,4%, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,5% azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 518,1 min nəfər gəlib və ölkəyə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

Bu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,1% artaraq 106,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3% artaraq 971,3 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,1%-i dəmir yolu və avtomobil, 41,9%-i hava, 1%-i isə su nəqliyyatından istifadə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar