Pentaqon qoşunların İraqdan çıxarılmağa başlanmasını təsdiqləyib

Birləşmiş Ştatlar hərbi kontingentinin Suriyadan çıxarılmasına qərar verib.

"Report" CNBC-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Dana Uaytın bəyanatda deyilir.

O, qeyd edib ki, Suriyadan amerikalı hərbçilərin qayıtması prosesinə başlanılıb və kampaniyanın növbəti mərhələsi keçirilir.

Pentaqonda vurğulayıblar ki, koalisiya terrorçular tərəfindən işğal edilən ərazi azad edilib, lakin İŞİD-ə qarşı kampaniya bitməyib.

Nazirlik müttəfiqləri ilə mübarizəni davam etdirməyi vəd edib.

Daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders də bildirib ki, ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-12-20 00:31:50

Suriyada Suriyalıq qalıb ki.Külünü göyə sovurmusuz.Daha Suriyada dağıtmağa yer qalmayıb.Ona görə də ABŞ Suriyadan rədd olub getməyə qərar verib.

Son yazılar