“Azərenerji”yə daha 10 milyon ayrıldı

Prezident İlham Əliyev “Yüksəkgərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 10 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

635x100

Şərhlər

Ekspert 2018-12-20 18:05:06

Salam hörmətli Admin. Azpolitika !! Mənim dünənki şərhimi vermək istəmirsiniz? Axı bu real vəziyyətdir. Əgər sizi qane etmirsə verməyin.Bu milli, dövləti problemdir. Minnətdaram.

Ekspert 2018-12-20 18:05:06

Axı istismarda olan məftilləri yeniləri ilə əvəz edib büdcədən, prezidentin fondundan ayrılan pulları göyə sovurmaqdansa,siz elektrik stansiyaların texniki avadanlıqlarını dəyişməyə,köhnə stansiyaları moderləşdirməyə pul ayırın.Eşidirəm ki, elektrik stansiyalarda texniki avadanlıqlardan çox bəzək-düzəyə daha çox pul xərclənir.Xalqı niyə bəzəklə aldadırsınız.Axı"üstü bəzək altı təzək" olur.Qarşıdan gələn ilə yeni texniki hissələr alınmasa bu ilki iyul hadisələri təkrar olacaq.Rənglər kömək etməyəcək.Davamı..

Ekspert 2018-12-20 18:05:06

"Azərenerji" ASC-nin yeni rəhbərliyi stansiya ilə şəbəkələri qarışdırır.Başa düşün stansiya şəbəkə deyil.Əsil energetiklər stansiyalarda işləyir.Onların qədrini bilin.Enerji istehsalı olmasa şəbəkələrin bəzəyi enerji verməyəcək.Təcili stansiyaların dirçəldilməsi məsələsinə baxmaq lazımdır.Çöldən baxmayın. Stansiyaların içinə girin.Blokları,maşın zalları gəzin.Peşəkar mütəxəssislərlə müzakirələr edin.And olsun Ulu Tanrıya,peşəkar energetiklər yaşlaşıb qurtarır.Yeniləri gəlmir.Gələnlər də tam bisavad.Davamı..

Ekspert 2018-12-20 18:05:06

"Azərenerji" ASC-nin mütəxəsissləri Texniki universitetlərdə, televiziya ekranında təbliğata başlamalıdır.Texniki mütəxəsisslərlə tez-tez televiziyada görüşlər keçirilməlidir. Energetika sahəsin çox ciddi fikir verilməlidir.Onun-bunun qohumlarını bu sistemə dürtməyin.Savadlı kadrları irəli çəkin.Energetiklərin peşə bayramı ilə əlaqədar təltif siyahısına baxıram,el. stansiyalarda işləyən kadrlar həddən azdır.Axı enerjini onlar verirlər,müşavirlər,mətbuat xidməti,köməkçilər yox.Peşəkarlar qalır kənarda.Heyf.

X 2018-12-20 18:05:06

Məmurlar dövlətin pulu ilə ciblerini doldurur

Son yazılar