“Ölkəmizin rüşvətxorluq və yaltaqlıq məktəbini keçməyən prezidentə ehtiyacı var”- Rüstəm İbrahimbəyov

"Proseslər gec-tez xalqın qəzəbinin partlamasına doğru aparacaq"

17Azərbaycan müxalifətinin lideri Rüstəm İbrahimbəyov bu gün məqalə ilə çıxış edib. “Turan” agentliyi isə həmin məqaləni rus dilində yayımlayıb. Virtualaz.org xəbər verir ki, İbrahimbəyov həmin məqaləsində Rusiyanın yüksək rütbəli məmurlarının “İlham Əliyevə qəsd planı”na aidiyyəti barədəki mülahizələrə münasibət bildirib. İbrahimbəyovun fikrincə, Rusiya prezidenti Putinin Azərbaycana səfəri çox şeyə aydınlıq gətirib: “Aydın oldu ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı maraqlara söykənən kifayət qədər möhkəm əlaqələr var. Eyni zamanda o da məlum oldu ki, Azərbaycanda guya yüksək rütbəli rusiyalı məmurların təşəbbüsü ilə hazırlanan dövlət çevrilişi cəhdi barədə deyilənlər uydurmadır”.

İbrahimbəyov qəsdlə bağlı deyilənləri Azərbaycan xüsusi xidmət orqanları tərəfindən işlənib hazırlanan fərziyyə və əfsanə adlandırır: “Bu əfsanədə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Volodinin, xarici işlər naziri Lavrovun və “Milyarderlər ittifaqı”nda cəmləşən bir neçə azərbaycanlının adı çəkilir. Ölkənin daxilində də düşmənlər tapılıb. İlk qurban keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev oldu. Bu adam bugünkü siyasi həyatdan uzaqdır. Xüsusi xidmət orqanları Quliyevin evinə silah atıb və onu “Milli Şuranın terrorçu qanadının başçısı” elan ediblər”.

R.İbrahimbəyov daha sonra “Əflan İbrahimov məsələsi”nə toxunur, Eldar Namazovun və onun silahdaşları Eldəniz Quliyevlə Köçəri Nağıbəylinin Baş Prokurorluqda dindirilməsi barədə danışır və paralellər aparır: “Belə bir şey 2005-ci ildə də olmuşdu. Söz yox, okeanın o tayından üfürülən dövlət çevrilişi barədəki mif sabun köpüyü kimi dağıldı. “Çevrilişin təşkilatçıları” adlanan şəxslər isə bu günə qədər də həbsdədirlər. Azərbaycan reallığı belədir - xüsusi xidmət orqanları özləri mif yaradır, heç bir fakt yoxlanılmır, heç bir günahı olmayan şəxslər uzun müddətliyə azadlıqdan məhrum edilirlər”.

İbrahimbəyov özünün və Milli Şura liderlərinin ölkədə iğtişaşların törədilməsi planlarına bağlılığını inkar edərək israrla deyib ki, “proseslər gec-tez xalqın qəzəbinin partlamasına doğru aparacaq”.

İbrahimbəyov daha sonra öz tərəfdarlarını əmin edir ki, o, Milli Şuranın sədri kimi Cəmil Həsənlinin namizədliyinin dəstəklənməsi üçün əlindən gələni və ondan asılı olan hər şeyi edəcək: “Hansısa jurnalist bizim vahid namizədə şəxsi xarizmasının yetərli olmamasını irad tutub və xarizmatik liderlər Heydər Əliyevi və Ərdoğanı nümunə gətirib. Amma müasir dövr siyasətində onlarla siyasi xadimin adını çəkmək olar ki, öz işlərinin öhdəsindən həmin “xarizma”ya malik olmadan da uğurla gəlirlər”.

Nəhayət, R.İbrahimbəyov əmin olduğunu bildirir ki, Cəmil Həsənli Azərbaycanınən yaxşı prezidenti ola bilər: “Bu gün ölkəmizin məhz belə bir prezidentə - öz xalqı qarşısındakı məsuliyyətini başa düşən, rüşvətxorluq və yüksək mənsəblilər qarşısında yaltaqlıq məktəbini keçməyən prezidentə ehtiyacı var”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar