“Nəvəmi qucaqlayanda oğlumun qoxusunu hiss etdim...” - İlyas İsmayılov Türkiyədən qayıdıb

“Bu günlərdə Türkiyədən qayıtmışam. Nəvəmlə qısa da olsa, bir arada olmağın sevincini yaşadım. Qəribə hisslərdir. Anlatmaqda çətinlik çəkirəm”.

Bunu Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.

O, bu mövzuda ətraflı danışa bilməyəcəyini bildirib. “Əvvəllər nəvəmi görməyə gedəndə oğlum Etimad da aramızda olurdu. İndi isə... Çox çətindir... Danışa bilmirəm. Nəvəmi qucaqlayanda oğlumun qoxusunu hiss etdim. Xahiş edirəm, bu barədə çox danışmayaq”.

İlyas İsmayılov oğlunun qatili ilə bağlı geniş informasiyaya malik olmadığını söyləyib: “Oğlumun qatilinə nə qədər iş veriləcəyini bilmirəm. Hazırda istintaq davam edir. Ona görə də nəsə deyə bilməyəcəm”.

İş adamı Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov həbs edilib.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polis polkovnikdir.

Hər iki şəxsin biznes sektorunda şərikli işləri olub. Qanlı mübahisə də şərikli işlə bağlı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar