«Ukrayna ABŞ gəmilərindən imtina edib» - Sabiq səfir

Qara dənizdə və Azov dənizində vəziyyətin gərginləşməsi fonunda Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin (HDQ) bir neçə gəmisini Ukraynaya təklif edib, ancaq Ukrayna tərəfi onları qəbul edə bilməyib.

Bu barədə ABŞ-ın Ukraynadakı sabiq səfiri, ABŞ Atlantik Şurasının nəzdindəki Avrasiya mərkəzinin direktoru Con Herbst «Novoe vremya» nəşrinə danışıb.

«ABŞ artıq bəzi gəmiləri Ukraynaya təklif edib, amma təəssüf ki, bununla bağlı Ukrayna tərəfində mürəkkəb vəziyyət yaranıb» - deyə, sabiq səfir bildirib.

Eks-səfirin fikrincə, hazırda Ukraynaya Mark-4, Mark-5 və Mark-6 tipli kiçik patrul gəmiləri lazımdır.

«Belə kiçik gəmilər sürətli olurlar, onlar torpedo və raketlərlə silahlanırlar. Hesab edirəm ki, 10-15 belə gəmidən ibarət donanma Azov dənizində Rusiya harbi komandirlərində həyəcan doğurardı» - deyə, Herbst ehtimal edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar