“ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləmirik” – Ərdoğan

Dərc olunub: 20/12/2018 - 22:54

erdoganTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində regionda təhlükəsizlik və sabitliyin təhlükəyə uğradığını vurğulayıb.

“Report” İHA-ya istinadla xəbər verir ki, o bunu V Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Ankarada keçirilən iclasından sonra İran prezidenti Həsən Ruhani ilə təşkil olunan birgə mətbuat konfransında bildirib.

Türkiyə lideri iki ölkə arasında 2017-ci ildə 11 milyard ABŞ dolları həcmində olan ticarət dövriyyəsinin cari ilin oktyabr ayına 8 milyard dollaradək azaldığını, hədəflərinin də həmin rəqəmi 30 milyarda çatdırmaq olduğunu deyib.

Tərəflər arasında bölgənin təhlükəsizliyini və sabitliyini təhdid edən amillərin qarşısını almaq üçün ortaq siyasi iradənin olduğunu qeyd edən dövlət başçısı, “İrana qarşı haqsız hesab etdiyimiz təzyiqlərin daha da artdığı bu dövrdə, qardaş İran xalqının yanında durmağa davam edəcəyik” – deyə vurğulayıb.

ABŞ tərəfindən tətbiq edilən birtərəfli embarqolara qarşı qəti mövqeyinə görə Türkiyəyə təşəkkür edən İran prezidenti Həsən Ruhani də “heç bir üçüncü ölkə qonşuluq əlaqələrimizə xələl gətirə bilməz” deyə vurğulayıb. İran lideri həmçinin ABŞ-ı beynəlxalkq hüquq normalarını tapdalamaqda ittiham edib:

“Astana prosesi çərçivəsində Türkiyə və Rusiya ilə yaxın əməkdaşlığa davam etmək, sonrakı zirvə görüşünü Rusiyada keçirmək barədə razılığa gəlmişik. Suriya bizim üçün çox əhəmiyyətlidir. Bu ölkənin ərazi bütövlüyünü qorumaq məsələsində Türkiyə ilə həmrəyik”.








loading...


Fikrinizi bildirin