Əhməd Davudoğlu Türkiyəyə yeni baş nazir gətirilir

Nazirin məsləhətçisi baş nazirin müşaviri oldu

Əli Sarıqaya Türkiyə baş nazirin müşaviri təyin olunub. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Əli Sarıqaya xarici işlər naziri Əhməd Davudoğlunun məsləhətçilərindən biri idi.

O, Davudoğlunun ali məktəbdən tələbəsi kimi də ən yaxın şəxslərdən olub. Sarıqaya xarici işlər naziri ilə artıq 12 ildən çoxdur birlikdə çalışır. Onun adı əvvəllər nazir müavini vəzifəsinə namizəd kimi çəkilmişdi, lakin həmin posta Naci Koru gətirildi.

Qeyd edək ki, Sarıqayanın bu vəzifəyə təyinatı Əhməd Davudoğlunun Türkiyənin yeni baş naziri olacağına bir işarə kimi də dəyərləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar