Türkiyə Suriyanın şimalında hərbi əməliyyatları müvəqqəti təxirə saldı 

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcər Tayyip Ərdoğan Suriyada hərbi əməliyyatlara başlamaq vaxtını təxirə salıb. Bu barədə «Anadolu» informasiya agentliyi xəbər verib.

Dövlət başçısının sözlərinə görə, bu qərarı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla, Türkiyə və ABŞ təhlükəsizlik strukturlarının numayəndələri ilə danışıqlardan, həm də ABŞ tərəfinin bəyanatından sonra qəbul edib.

«Söhbət əməliyyatın müvəqqəti təxirə salınmasından gedir» - deyə, Ərdoğan dəqiqləşdirib. Onun sözlərinə görə, Suriyada vəziyyəti sabitləşdirmək üçün addımlar atmalıdır. Ankara Suriya torpaqlarını qəsb etməyə hazırlaşmır, hərbi əməliyyatlar isə Suriyadakı terrorçuların fəaliyyətinə cavab olacaq.

«Suriyalı ərəblər, kürdlər və türkmənlər Türkiyənin hərbi əməliyyatlarını alqışlayırlar. Onlar Türkiyəyə etibar edirlər» - deyə, Ərdoğan bəyan edib və bildirib ki, ölkəsi bölgədə təhlükəsizliyi prioritet hesab edir.

Türkiyə terrorçularla mübarizədə Rusiya və İranla fəal əməkdaşlıq edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar