TƏHSİL NAZİRİ BDU-ya YENİ RƏHBƏR GÖNDƏRDİ - Firudin Qurbanov rektor əvəzi oldu (Yeniləndi)

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinə rektor əvəzi göndərilib. Bu barədə məlumat  "AzPolitika. info"ya Təhsil Nazirliyinə yaxın mənbədən  daxil olub.

Məlumata görə,  bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb. Əmrə əsasən Firudin Qurbanov Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini icra edəcək.

 Məlumatı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da təsdiqləyib. O modern.az-a  açıqlamasında bildirib ki, Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

Firudin Qurbanovun sabah - dekabrın 22-də saat 10:00-da Baku Dövlət Universitetinin kollektivinə təqdim ediləcəyi bildirilib.

Qeyd edək ki, 2014-cü ildən təhsil nazirinin müavini işləyən Firudin Qurbanov 29 avqust 1952-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1974-1975-ci illərdə orduda xidmət edib. 1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib.

1989-1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib. 1994-2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman, Gənclər, İdman və Turizm Nazirliyində Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib.

2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının təhsil nazirinin müavindir.

Onu da xatırladaq ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət isə sabah başa çatır. Təhsil naziri Ceyhun Bayramovun Firudin Qurbanovun BDU-ya icraçı rektor təyin olunmasına dair əmri bu gün imzalaması da yəqin ki, bununla bağlıdır.

AzPolitika.info 

635x100

Şərhlər

Haqq 2018-12-21 21:40:29

Sizin kimi geride qalmış fikirləri ilə bu xalqın arasında ayrıseçkilik salanlara ar olsun muzaffar bey!

Ali 2018-12-21 21:40:29

Moskva Kooperativ İnstitutunun Bakı filialı nə ciddi təhsil müəssisədir ki və oradaakı iş təcrübəsi nə gücül təcrubə stajıdır ki, e... arısı yuvasllndan da betər bir intriqa məkanı olan BDU-da baş çıxarmağa yetsin????

Abbas 2018-12-21 21:40:29

Universitetin rektoru en azı böyük alim ve temiz insan olmalıdır.

BDU dosent 2018-12-21 21:40:29

Xalq təsərrüfatı institutu və Kooperativ institutundakı istisadi təcrübəsinin müəllimlərin rifah halının yaxşılaşdırılmasına yönələcətinə ümid edək.

sual 2018-12-21 21:40:29

Gör nə günlərə qaldiq balaş.....

Nüeəddin Mehdizadə 2018-12-21 21:40:29

Bir saqqal darağımız çatmırdı...

Atalar sözü 2018-12-21 21:40:29

...... BƏY!

muzaffar 2018-12-21 21:40:29

bunun Ağsudan olması bir az qəribədir. Yəqin elə o da Səlim Müslümov Ağsulu, Ziya Məmmədov Ucarlı olan kimilərdəndir. Yəni əslən Qərbi Azərbaycanlıdır. Axı ölkədə vəzifələr yalnız onlar və Naxçıvanlılar üçündür. O biri tərəfdən onun peşəkarlığı da sual altındadır. Yəqin Abelın atasına rəhmət oxutmaq üçün BDU-ya ezamiyyət ediblər.

Son yazılar