Almaniya ABŞ-ın köməyilə RƏM sistemi yaradır - Rusiya raketlərindən müdafiə olunmaq üçün

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki,  Almaniya Rusiyanın ən yeni silahlarından qorunmaq məqsədilə, Amerika Birləşmiş Ştatlarından (ABŞ) yeni nəsil raket əleyhinə müdafiə (RƏM) sistemi yaratmağın məxfi texnologiyalarını almağa cəhdlər göstərir.

Almaniya Federativ Respublikası Müdafiə Nazirliyinin hesabatına istinadla, bu barədə "Defense News" nəşri yazıb.

Nəşrin məlumatına görə, söhbət alman orta mənzilli taktiki RƏM sistemindən (TLVS) gedir. Bu sistemi MEADS RƏM sistemi əsasında «Lockheed Martin» şirkətləri işləyib hazırlayır.

Almaniya və ABŞ TLVS radar sistemini modernləşdirmək üçün Amerika tenologiyalarına «altıncı səviyyə giriş»in təqdim olunması imkanlarını və Rusiya «İsgəndər»ini, o cümlədən, səsdən sürətli raketləri «tutmaq» imkanlarının aranmasını müzakirə edirlər.

Nəşrin məlumatına görə, bütün bunlara baxmayaraq, hazırda ABŞ və Almaniya bu məsələ üzrə razılığa gələ bilməyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar