Rusiyanın raket freqatı Azov dənizi istiqamətinə hərəkət edir 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyaya məxsus raket freqatı Azov dənizi istiqamətinə üzməyə başlayıb. Bunu «Röyter» agentliyinin şahid-mənbəyi iddia edib.

Onun sözlərinə görə, göyərtəsində vertolyot olan gəmi Azov dənizi istiqamətində irəliləyir.

Xəbərin yayıldığı anda freqat sahildən 1,5 dəniz mili məsafədə olub.

Məlum olduğu kimi, noyabrda Rusiya atəş açmaqla, Kerç boğazında Azov dənizi istiqamətin hərəkət edən Ukrayna hərbi-dəniz qüvvələrinin 3 gəmisini saxlayıb. 20-dən artıq ekipaj üzvü Rusiya sərhədini pozmaq ittihamı ilə həbs olunub.

Sonradan məlum olub ki, Kiyev öz gəmilərini yenidən boğazdan keçirməyə hazırlaşır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar