PUTİN YADDAŞINI İTİRİB, YOXSA...? - Mətbuat konfransında ciddi səhvlər edib (faktlar)

Rusiya prezidenti Vladimir Putinin  dekabrın 20-də keçirdiyi mətbuat konfransında ciddi səhvlərə yol verdiyi üzə çıxıb.  Dövlət başçısının səsləndirdiyi rəqəmlərdə səhvlər o qədər ciddi olub ki, Kremlin saytı mətbuat  konfransının stenoqramına "əl gəzdirməli" olub. 

Musavat. com newsru.com-a saytına istinadən xəbər verir ki,  mətbuat konfransındakı ciddi səhvləri(və ya bilərəkdən təhrif edilməsini) "Açıq media" nəşri üzə çıxarıb.Beləliklə, Putin nələri deyib?

Dövlət başçısı Rusiyaya qarşı sanksiyalardan danışarkən iddia edib ki, bu qadağalar Avropa Birliyinə 500 milyard avro ziyan vurub. Və bu rəqəmi səsləndirərkən Avropa Komissiyasına istinad edib.  Kremlin saytı mətbuat konfransından hazırlanmış stenoqramda  bu rəqəmlərdə sıfırlardan birini azaltsa da, 50 milyard rəqəmi belə iqtisadçılar  üçün müəmmalı qalıb

Putin ölkəsinin qaz ehtiyatlarından danışarkən də ciddi yanlışlığa yol verib. O deyib ki, Rusiyanın qaz ehtiyatları  dünyadakı qaz ehtiyatlarının cəmindən çoxdur.  Putin deyib ki, təkcə Yamalyada Rusiyanın qaz ehtiyatı 67 triliyon kubmetrdir. Kremlin saytı prezidentin səsləndirdiyi rəqəmə əl vurmayıb, amma rəqəmlərin arasına bir vergül qoyub. Yəni 67 trilyion 6,7 olub. 

"Qazprom"un hesablamalarına görə isə Yamalyada qaz ehtiyatı 26,5 trilyon kubmetr civarındadır. Dünyada lider olmalarına gəlincə, BP-nin araşdırmasına görə, dünya ölkələrində qaz ehtiyatı 193, 5 trilyon kubmetrdir ki, bunda da Rusiyanın payı cəmi 18 faizdir. 

putin mətbuat konfransı 2018 ile ilgili görsel sonucu

Rusiya prezidenti daha bir ciddi səhvi Kerç boğazında baş vermiş insidentlə bağlı danışarkən edib. Prezident Azov dənizində istifadə haqda Ukrayna ilə 2003-cü ildə imzalanmış sənəddən danışarkən iddia edib ki, həmin sazişdə  gəmilərin hansı həddə digər dövlətin sərhədinə yaxınlaşması müəyyən edilib. Bu 5 dəniz mili səviyyəsindədir" deyə, dövlət başçısı əminliklə vurğulayıb.

Nəşr isə aydınlıq gətirib ki, dövlətlər arasında həqiqət də belə saziş mövcuddur. Amma razılaşmada dənizin sərhədinin müəyyənləşməsi haqda heç bir bənd mövcud deyil.Putin ölkədaxili aviadaşımalarla bağlı sadaladığı rəqəmlər də rəsmi statitistika ilə uyğun gəlməyib. 

Newsru.com onu da qeyd edib ki, mətbuat konfransından bir gün əvvəl Putin gecəyarıyadək Kremldəki kabinetində olub, köməkçilərinin, nazirlərin onun üçün hazırladıqları məruzələri  gözdən keçirib.KQB zabiti olan Putin həm də möhkəm yaddaşı ilə seçilir. İndi əsas düşündürücü sual budur ki, prezident niyə 1700 jurnalistin iştirak  etdiyi tədbirdə bu qədər ciddi yanlışlıqlara yol verib.  Yaşlanıb, yoxsa?..

635x100

Şərhlər

Moshu 2018-12-22 11:28:44

Fikir verdinizsə o hər sualacavab verdikcə müəyyən pozlar seçirdi, elə təəssürat yaradırdı ki, guya o fikirləşib sonra suallara cavab verir, bir çox hallarda ya gözünü qıyıb, ya qaşlarını çatırdı, ya da alnında qırışlar əmələ gətirirdi. Bunlar hamısı izləyicidə müəyyən təəssürat yaradır və onda elə fikir formalaşır ki, Putinin hər dediyi Yevangeliyadan bir ayədir. Artıq auditoriyanın böyük əksəriyyəti onun dediklərini həzm edir. Xırda detallar diqqətdən kənarda qalır. İzləyici bunları həzm edənə qədər müəyyən vaxt keçir, əsl detallar isə onun yadında qalmır. Putin əsl psixoloq kimi auditoriyanı ələ almağı bacarır. Hər sualı özündə qeyd edir, sonra onu cavablandırır. Xatırlayırsınızsa, ona xəstə uşağın müalicəsi ilə bağlı sualı əvvəlcə cavabsız qoydu,növbəti jurnalistin sualını cavablandıranda təzədən əvvəlki jurnalistin xəstə uşaqla bağlı verdiyi sualı cavablandırdı. Nə isə, yazılası, deyiləsi çox şeylər var

Moshu 2018-12-22 11:28:44

Putin başını nə itirif, nə də o kitayskiy Putin deyil. O əsl Российский Putindir. Onu heç kim sadəlöhv hesab etməsin. O nə dediyini çox gözəl anlayır və dediyi rəqəmləri də bilərəkdən deyir. Bir çoxlarınız yəqin ki, Yeltsin Rusiyasını xatırlayırsınız. Xaraba qalmış, can verən Rusiyanı görün hansı səviyyəyə qaldırdı. Özünün də çıxışında qeyd etdi ki, Rusiyanın əhalisi 140 milyondur. Statistikaya görə 10 milyonuq. İndi görün bu 140 milyonu idarə etmək o qədərmi asandır. BMT-nın məlumatına görə savadlılıq faizi Çində, Özbəkistanda 100%-dir, Rusiya kimi nəhəng dövlətdə isə 99,7%. Düzdür bu rəqəmlər şərti rəqəmlərdir,çünki Özbəkistan heç vaxt savadlılıq dərəcəsinə görə Rusiyadan savadlı olması mümkün deyil. Ali savadlı diplomu əldə etmək hələ savadlı olmaq anlamına gəlmir. Mən çıxışı əvvəlindən sonuna qədər izlədim.

o.b.n 2018-12-22 11:28:44

Onun qulağındakı qülaqçıq ya xarab olub köməkçinin dediyini yaxşı eşitməyib,yada köməkçi savadsız olub.

Abit 2018-12-22 11:28:44

He temiz itirif

Hacı.ilham. 2018-12-22 11:28:44

Diktatorlarln hansl düz danlşlr ki putinde düz danlşsln

ayzek 2018-12-22 11:28:44

Səhvlər ona görədir ki orada çıxış edən adam "kitayski " Putin olub.Rusların təbirincə desək "udmurt" Putin!

Son yazılar