Vətənində bir dalana belə adı verilməyən böyük azərbaycanlı...

İlyas İsmayılov,

Hüquq elmləri doktoru, Ədalət Partiyasının sədri

Bir insana ən dəqiq dəyəri öz evinin içində yox, kənarda verirlər. Evin içində verilən dəyər subyektiv yanaşmadan doğduğundan bir çox hallarda həqiqəti ifadə etmir, hər kəs öz ayranına turş deməməyə çalışır. Evdən kənarda, xüsusilə qürbət ölkələrdə verilən qiymət isə subyektivlikdən uzaq olduğundan insanın əsl ləyaqət göstəricisi sayıla bilər. Bu mənada azərbaycanlı geoloq alim Fərman Salmanovun ölümündən sonra belə Rusiya tərəfindən yüksək qiymətləndirilməsi, ölkəmizdən min km-lərlə uzaqda yerləşən Surqut aeroportuna onun adının verilməsi hörmətli alimin hələ də unudulmayan nüfuzunu göstərir.

Mən bu böyük insanı şəxsən tanımış, onunla dostluq etmiş biriyəm. Bizim dostluğumuzun yaranmasının isə çox maraqlı bir tarixçəsi var. 1990-cı ildə SSRİ Prokurorluğunda işə dəvət olunanda bir müddət “Moskva” mehxanasında yaşayırdım. Bir gün işdən mehmanxanaya qayıdanda Fərman Salmanovla foyedə qarşılaşdım. O zaman Fərman Salmanov bütün SSRİ miqyasında şöhrət qazanan, qəhrəman adı alan, haqqında televiziyalarda, mətbuat orqanlarında geniş informasiyalar yazılan şəxs idi və bu səbəbdən həmyerlimizi tanımaq mənim üçün çətin olmadı. Fərman Salmanov isə uzun illərdən bəri Rusiyada yaşadığından, təbii ki, məni tanımırdı. Mən mehmanxananın foyesində qarşılaşdığım bu qürur mənbəyimizə yaxınlaşıb salamlaşdım və kimi gözlədiyini soruşdum. O da öz cavabında “İlyas İsmayılovu” deyəndə, gözlədiyi şəxsin qarşısında dayandığını bildirdim. Beləcə, bizim bu ilk tanışlığımız başladı və qısa zaman ərzində əsl dostluğa çevrildi.

Fərman Salmanovu SSRİ Prokurorluğunun şöbə rəisi işlədiyim illərdə daha yaxından tanımaq fürsətim oldu. Həmyerlimizin o zamanlarda bütün SSRİ miqyasında, o cümlədən Moskvada böyük nüfuzu vardı. Mən bunu şəxsən görür və sevinirdim. Təsəvvür edin ki, Sovet İttifaqının dağılma prosesi yaşadığı o illərdə SSRİ Baş Prokurorluğunun məsul şəxslərindən biri olmağıma baxmayaraq, ev ala bilməmişdim. Mehmanxanada yaşayırdım. Fərman Salmanov bir gün bunun səbəbini məndən soruşdu, olduqca mühüm vəzifə daşıyan həmyerlisinə paytaxtda ev verilmədiyini eşidincə qəzəbləndi və Moskva şəhər hökumətinin müavininə (milliyyətcə tatar idi) zəng edib, xeyli ötkəm və tələbkar şəkildə “niyə İlyas İsmayılova ev vermirsiniz? Bu, milli ayrıseçkilik deyilmi?” deyə soruşdu. Onun Moskvada səlahiyyətli şəxslərlə bu tərzdə danışması məni daxilən sevindirirdi. Bir neçə gündən sonra məni Moskva şəhər Sovetinə çağırıb adımı ev növbəsində ən yuxarı siyahıya yazdılar. Bir neçə aydan sonra isə 3-otaqlı evlə təmin etdilər. Bir sözlə, mənə Moskvada ev verilməsi Fərman Salmanovun xidmətinin nəticəsi idi.

Fərman Salmanov özü barədə bir çox əhvalatları da mənə danışmışdı. Onun barədə yazılan bioqrafik məlumatlarda qeyd olunur ki, həmyerlimiz Şəmkir rayonun Morul kəndində anadan olub. Amma əslində o, Qazax rayonundandır. Sadəcə ailəsinin qarışdığı bir qan davasına görə öz yerlərindən didərgin düşüblər. Səhv etmirəmsə, atasının əmisi oğlu bir adam öldürmüş və bundan sonra Salamanovlar ailəsi Qazaxı tərk etməli olmuşdur. Qətldə iştirak edən şəxs Rusiyanın Başqırtıstan vilayətinə qaçıb, orada ailə həyatı qurubmuş. Həmin qohumunun bir oğlu o zaman Rusiya ordusunda general-polkovnik vəzifəsinə qədər yüksəlmişdi. Adını indi xatırlamasam da, hamı onu general Salmanov kimi tanıyırdı.

Fərmanın atası isə Şəmkirə köçmüş, rayonun Morul kəndində məskunlaşmışdı. Fərman da bu kənddə böyüyüb boya-başa çatıb, ali məktəbə girmişdi. Sonra tale onu uzaq Tumenə aparmışdı.

Bir ailədən özü də belə qürbət ellərdə iki böyük şəxsiyyətin çıxması Salmanovlar ailəsinin genetik olaraq qabiliyyətindən xəbər verirdi.

Sözsüz ki, Fərman Salmanov bu nüfuzunu elə-belə qazanmamışdı. Özünün etirafına görə, indiki Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra həmyerlimiz neft axtarmaq üçün Kuzbasa göndərilir. Kuzbasın relyefini incələrkən, bu ərazilərdə neft ola bilməyəcəyini anlayır və qənaətini rəhbər şəxslərlə bölüşür. Onun fikrincə, neft və qaz kimi maddələr əraziləri geniş yerlərdə ola bilərdi. Kuzbasın relyefi isə bu standartlara cavab vermirdi.

Bütün israrlarına baxmayaraq, səsinin eşidilmədiyini görən Fərman Salmanov rəhbərliyin razılığını almadan öz briqadası ilə Surquta yollanır. Onun bu cəsarətli qərarı rəsmi dairələri qəzəbləndirir. Haqqında cinayət işi qaldırmaq istəyirlər. Fərman Salmanovu və daha sonra isə Rusiyanı rəhbərlik etdiyi kəşfiyyat qrupunun cəsarətli addımları xilas edir. İşçiləri Fərman Salmanovun həbs olunacağı təqdirdə tətilə çıxmaq barədə qərar qəbul edirlər. SSRİ rəhbərliyi kollektivin bu addımının öz beynəlxalq imicinə zərbə vuracağından çəkinir və geri addım atmalı olur. Beləcə, Fərman Salmanovun qarşısında öz neft möcüzəsini reallaşdırmaq üçün əlverişli fürsət yaranır. O, 1961-ci ilin 21 mart tarixində "Megiyon" yatağını kəşf edir. Həmin yataqda qazılmış ilk kəşfiyyat quyusu neft fontanı verir. Salmanov əleyhdarlarına belə bir məktub yazır: "Möhtərəm yoldaşlar, Megiyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı?"

Salmanovun SSRİ Geologiya Nazirliyindəki əleyhdarları onun bu uğuruna kölgə salmağa çalışır, kəşfin adi bir təsadüfün nəticəsi olduğunu vurğulayırlar. Əleyhdarlarının fikrincə, təbii anomaliya olan bu fantan tezliklə tükənəcək və çəkilən əziyyətlər heçə gedəcək. Halbuki, Fərman Salmanovun o zaman qazdığı quyu indi də Rusiyanın ən böyük neft yatağı sayılır. Həmin quyudan gündə 200 min barrel “qara qızıl” çıxarılır ki, bu da bəzi ölkələrin gündəlik neft hasilatının yarısına bərabərdir.

Bütün dedi-qodulara, maneələrə baxmayaraq, həmyerlilimiz öz elmi metodlarını tətbiq etməkdən çəkinmir, qısa müddətdə növbəti uğuruna imza atır. O, Üst-Balıqda ikinci neft-qaz quyusunun kəşfindən sonra zəhmətinin bəhrəsini özünəməxsus qürur və qələbə sevinci ilə qeyd edir. Sov. İKP-nin 22-ci qurultayına və şəxsən sovet lideri Nikita Xruşova ünvanladığı iki cümləlik teleqram da Salmanovun həm sevincinin, həm də rəhbərlik qarşısında əzmli duruşunun ifadəsi idi: "Mən neft kəşf etmişəm. Bax belə!”

Sovet geoloqları Salmanovun bu kəşfindən sonra onunla hesablaşmalı olurlar və və Sibir qısa müddət ərzində ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir.

Barəsində müasir dövrümüzün ensiklopediyası sayılan Wikipediada yazılmış aşağıdakı sözlər də həmyerlimizin Rusiya iqtisadiyyatına qazandırdığı gücün qısa ifadəsidir:

“Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiyaya" rəhbərlik etmişdir. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir. Ölümünə qədərki dövrdə isə Rusiyanın "İtera Qaz Şirkəti" prezidentinin məsləhətçisi kimi çalışmışdır.

Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilmişdir. 2018-ci ilin dekabrından Rusiyanın Surqut şəhərinin hava limanı Salmanovun şərəfinə adlanacaq. Bu ölkə daxilində hava limanlarının adlandırılmasına dair ümumxalq səsverməsinin nəticəsidir”.

Bu sətirlərdən də göründüyü kimi, Surqut hava limanının Fərman Salmanov adını daşıması hansısa siyasi qərarın deyil, Rusiya xalqının ümumxalq səsverməsinin nəticəsidir. Elə bu faktın özü də həmyerlimizə Rusiyada bəslənən hörməti, sayqını göstərir. Onun öz məmləkətindən uzaqlarda, həm də ölümündən 11 il sonra rus xalqının yaddaşında yaşaması, böyük ehtiramla yad edilməsi Fərman Salmanov şəxsiyyətinə və dühasına verilmiş ən böyük qiymət olmaqla yanaşı, təsadüfi deyil. Həmyerlimiz böyük uğurlara imza atdığı illərdə SSRİ-nin Baş naziri olmuş, ittifaq iqtisadiyyatının böyüməsində, bir çox mühüm islahatların həyata keçirilməsində önəmli rol oynamış Aleksey Kosiginin Fərman Salmanov barədə dediyi bir cümlə onun Rusiya üçün nə dərəcədə qiymətli olduğunu gözlər önünə sərir: “Salmanov olmasaydı, Rusiya xalqı Böyük vətən müharibəsi illərindəki kimi indi də çörək talonları ilə yaşayacaqdı”.

Doğrudan da bu fikirlərin altında böyük həqiqətlər gizlənir. Son zamanlar ABŞ-ın böyük basqılarına Rusiyanın sinə gərə bilməsi Fərman Salmanovun bu ölkəyə bəxş etdiyi neft və qaz yataqları ilə əlaqədardır. Rusiya həmin quyuların hesabına dünyanın ən böyük “qara qızıl” hasilatçısına və Avropanın faktiki qaz inhisarçısına çevrilib. Bu sərvətdən əldə edilən gəlirlərin hesabına Rusiya öz hərbi qüdrətini gücləndirib, dünyanın super gücləriylə ölüm-dirim savaşına girməyi bacarır.

Salman Fərmanovun Azərbaycan xalqına da böyük xidmətləri olmuşdur. Öz timsalımda yuxarıda da qeyd etdiyim kimi, o, Rusiyanın müxtəlif dairələrində həmişə Azərbaycan və azərbaycanlıların hüquqlarını qorumağa çalışıb, ölkəmizin neft və qaz sektorunun inkişafında əlindən gələni əsirgəməyib, ölkəmizin adını bütün beynəlxalq qurumlarda uca tutub. Təsadüfi deyil ki, onun neft-qaz geologiyasına verdiyi töhfələr hətta Rusiyanın düşmənləri tərəfindən də etiraf olunur. Bircə onu demək kifayətdir ki, Fərman Salmanov öz intellektual gücü nəticəsində ABŞ-ın əsas neft bölgəsi kimi tanınan Texas ştatının fəxri üzvü adını qazanmışdı.

Di gəl ki, Rusiyanın Surqut şəhərinin hava limanına öz adını verməyi bacaran, ABŞ-ın Texas ştatının fəxrü üzvü statusunu qazanan Fərman Salmanovun adına öz vətənində isə bir dalan belə yoxdur. Bunun əvəzində eyni rayon ərazisində yerləşən iki parka belə bir adamın adını veriblər.

Mən istərdim ki, Bakının görkəmli yerlərindən birində bu böyük insana əzəmətli bir heykəl qoyulsun.

635x100

Şərhlər

Ali 2022-01-02 01:12:01

Əslən Qazaxlı olduğunu bilmirdim

T.ədalətə 2018-12-22 13:30:04

Tarix çox böyük hakimdir.Tarix hər qaranlıq məsələyə aydınlıq gətirəcək.İyirmi yanvarın,Xocalıda baş verən qətliyamın, Vertolyot qəzasının,hgeri qaytarılmış torpaqların yenidən itrilməsinin kölgədə qalan iştirakçıları üzə çıxacaq.

t.ədalət 2018-12-22 13:30:04

Türkiyənin prezidenti Türkiyənin qüdrətlənməsinə çalışır.Türkiyə dövləti həmişə bizə tərəf olub.Ərdoğanın müşaviri Y. Topçunun müsahibələrinin birində belə bir ifadə var:-sovet hökuməti Gürcüstan ərazisindəki türklərə qarşı soyqırım edəndən sonra, türkiyəlilər Qara dənizdən tutulan və bazarlarda satılan balıqları almırdılar.Çünki o balıqlarda dənizdə boğulan türklərin qanı var idi.Bizim nicatımız Türkiyədir.Bizə Türkiyədən yaxın heç bir dövlət yoxdur.

Arif 2018-12-22 13:30:04

Marağlı olan budur Zəngilanın işğalında sərnişin vertalyotunu vermədilərki rusların qəzəbinə gələ bilərik amma Sürya hadisələrində rusun hərbi uçaqını Türkiyə tərəfindən vurdular balığlara münasibət bildirən heç olmasa Zəngilan işğalı zamanı adi sərnişin vertalyotun Türkiyə tərəfindən verilməməsinədə münasibət bildirsəydi pis olmazdı.Kimsə həqiqəti deyəndə onu məqsədli şəkildə ya rusa yada irana bağlayırlar həmin bağlayanlara bir sualım var bəs siz kimlərə bağlısınız şübhəsiz türk pərdəsi altında ingilisə.

Əhməd 2018-12-22 13:30:04

Hörmətli Ədalət bəy! Türkiyə candır və millət olaraq üzümüzü orada yaşayan türklərə yönəltməliyik! Uzun zaman Türkiyənin həsrətilə də yaşamışıq. Mən rus tərafdarı da deyiləm. Amma Türkiyə bizi istəyirmi bax o maraqlıdır, orda hakimiyyətdə bir dənədə türk yoxdur və Türkiyəni siyasi islamçılar yönəldir və onların dünya baxışı nə türk birliyi nə də Avropa birliyidir, onların yolları yaxın şərqin orta çağ qaranlığına doğrudur. Kərkükdə türkmən ödürüləndə ona səs yox, Çində uyğur türkü öldürələndə buna da səs yox, fələstində ərəb ödürüləndə vay bə israil, bəs biz necə müsəlman deyilik 1992-ci ildə qanıqanından olan bir azərbaycan türkünü qaçqın olaraq qəbul etdilərmi? yox əvəzində Bosniyadan 300 min müsəlman adıynan serbi Türkiyəyə aldılar, Van gölündə erməni kilsəsi təmir edən də bunlardır, 2008-ci ildə bizim bayrağımızı Bursada zibil qabına atan da bunlardır. Suriyada da ilk qırğını törədən bunlardır, Şamda əməvi camisində namaz qılacağıq adıynan yola çıxdılar, elə işidi də Türkiyədəki islamçılar yaradıb. Yəni elə türk düşmanı Türkiyədə olan iqtidarın özüdükü var, 2 milyona yaxın suriyalını Türkiyəyə gətirdilər indi də vətandaşlıq verirlər bu hesabnan 2040-ci illərdə Türklər demoqrafik cəhətdən millət olaraq yox olacaqlar. Ölkəmizdə siyasi baxımdan üç tip ibnə insan mövcudur, 1-cisi sosializm adıynan rusa aftafa daşıyanlardı, 2-ci kor-korağına ümüm islam həmrəyliyi adıynan islam ölkələrinə doğru yön alanlardı, 3-cüsü də yuxarıda açdım oxuyan başa düşər. Heç biridə yerli olmaq istəmir. Bizim dövlətimizin qurucusu rəhmətlik M.Ə.Rəsulzadə çoxdan dövlətimizin yolunu cızıb. Bu da azad dünyəvi demokratik çağdaş müasir dövlət deməkdir, bu yolun da axırında Avropa birliyi görsənir. Bayrağımızda olan üç rəngin təməl fəlsəfəsi kimidə yaşamalıyıq. Türkəm, Çağdaşam, Müsəlmanam öz əlim öz ağlım öz başım olmalıdır.

t.ədalət 2018-12-22 13:30:04

Hörmətli Əhməd müəllim!Rusiya Azərbaycan neftindən əl çəkməyib.Bu gün də köhnə silahları bizə sırımaqla Rusiya neftdən gələn gəlirlərin böyük faizini əlimizdən alır.Suriyadakı müharibədə də Rusiyanın marağı neft və silah satışı üzərində qurulub.Ehtiyac üzündən Rusiyaya üz tutan vətəndaşlarımızdan tələb olunan "subaylıq arayışı" da onların bizə olan münasibətinin ifadəsidir.Nə isə.Kim Rusiyanı seçir, özü bilər.Bizim üzümüz Türkiyəyə tərəfdir.

Əhməd 2018-12-22 13:30:04

Milli dəyərlərdən baxanda bunu da başa düşmək lazımdır, O vaxt Fərman Salmanov Sibirdə neft tapmasaydı 20-ci əsrin sonunda Azərbaycan azadlığın şərbətini içə bilməzdi. Çünki Rus peysəri 1920-də Azərbaycanı məs neftə görə işğal etmişdi. 1920-1960-cı illər ərzində bizim neft hesabına “SSRİ” böyük miqdarda valyuta qazanıb və ordan gələn gəlirlər hesabına indiki rusiya ərazisində fabrik zavodlar tikimişdir. Fərman Salmanovun millətimizin qarşısında qəhramanlığı bundan ibarətdir, Sibirdə neft tapmaqla rus ayısını öz torpağına Sibirə baxmağa məcbur etmişdir. Əgər Sibir nefti olmasaydı ruslar neft naminə bizi millət olaraq yer-üzündən silərdilər və 1991-ci ildə Ölkəmizdən çıxmazdılar. Rusları Sibirə yönləndirməklə Azərbaycan neftinin öz əhalisinə və gələcək nəsillərə çatmasına şərait yaratmışdır. Ölkəmiz bu gündə neftin satışından gələn gəlirlər üzrə öz iqtisadiyyatını qurub.

Arif 2018-12-22 13:30:04

Ardı-Ruslar artıq şərqi avropadan dərs götürmüşdülər bilirdilərki Qafqazda Moldoviyada indisə Ukraniyada münaqişə tərəflərinin birinə dəsdək verməsə İngilislər NATO-nu həmin regionda yerləşdirərlər şübhəsiz buda rus millətinin və dövlətinin gələcəkdə tam məhfinə hesablanılmışdı.Bununla mən tarix dərsini demək istəmirəm sadəcə həqiqəti olduğu kimi yazmaq lazımdır.Saxta millətçiliklə vətənşüvənliklə birtərəfli gücün nə millətə nədəki dövlətə xeyri olacaq olsa-olsa yalnız müxtəlif klanlara xeyri olacaq.

Arif Agazadə 2018-12-22 13:30:04

Hormətli t.ƏDAlƏT bəy! Nə qədərki biz milli birlik yarada bilməyəcəyik Ermənilər kimi, dünyada nə Rus , nə ingilis, nə ğürcu, nə fars bizim tərəfimizdə olmayacaqlar! Ruslarda 100 illərdi ermənilərin , biri birlərini möhkəm tutmalarinı görüb,onları bizdən,ğüclü ğörüb onların tərəfində qalırlar, Nəticədə ermənilər birləşib Rusu bizə qarşı qoya bilirlər! Biz birləşməsək ,zəif olsaq illər keçəcək yenə Ruslar,ya farslar bizi qıracaqlar!Çunki,dünya belə qurulub,zəifin tərəfini heç kim saxlamır! Ədalətl bəy !

Arif Agazadə 2018-12-22 13:30:04

Dr.AGAOGLU Yazılarını oxudum,,,Sevindim sizi düşüncədə millətimin evlatları çox olsun !!! Zəkana, Ağlına, Düşüncənə saglıq !Hər şeyi çöx,düzgün analiz edirsiz!

t.ədalət 2018-12-22 13:30:04

Sizin təriflədiyiniz adamlara qiyməti Rusiya 20 Yanvar qətliamı ilə,DQ ərazisində törətdiyi soyqırımlarla verdi.Rusiyanın güclənməsinə xidmət edən adamların hesabına böyük yaralar aldıq.Qazanan ermənilər oldu..

Dr.AGAOGLU 2018-12-22 13:30:04

Yusif Məmmədəliyevi bəşərıyyəti faşizimdən qurtulma tarixi şəxsiyyətinə cevirən Sovet təyyarə-tankları deyildimi? Rusiyanın bugunki hərbi potensialının artıq enerjinin bu növündən o qədərdə aslı olmadığı sadə insanlarada aydındır.İşinə görə Zadə,Landau,Rastrapovic,Zorge,Möslüm Maqomayev və bir cox xaricdə olan elm və mədəniyət xadimlərmizlə qürur duymalıyıq.Millətindən aslı olmayaraq onlara həyat vermiş F. Salmanovla,kütləvi həpslərin qarşısını almış İ.İsmayılovla,torpaqlarımızı qoruyanlarla fəxr etməliyik.

Dr.AGAOGLU 2018-12-22 13:30:04

şdır.Orada işləyib burada ailəsini saxlayıb,ev-eşik tikənlərimiz minlərlədir.Onlara Rusiyada olan toxunulmazlıq sayğısı məhz Fərman Salmanovlar kimi insanlara görə deyilmi? Sivil Avropa onun kəşfindən faydalanıb ona minnatdar deyilmi? Dünya Fərman Salmanov metodlarına və kadrlarına görə ona hörmətli deyilmi?İlyas İsmayılovun Rusiya hepsxanalaındakı minlərlə əsasən müsəlman xalqlarının nümayəndələrini öz isti yurdlarına,soyuq mühitdə doğulub yaşamışları isə öz yurdlarına dəyişməyə nail olmasıbəşəri deyilmi?

Dr.AGAOGLU 2018-12-22 13:30:04

Dunyaya elə insanlar gəlir ki, onlar bir ölkəyə deyil bəşəriyyətə mənsub olurlar.Alim geoloq olaraq Fərman Salmanovda belə insanlar sırasındadır.Onun kəşfi bizimdə vətənimiz olmuş SSRİdövrünə aiddir.Ordan gələn gəlir hesabına SSRİ büdcəsindən bizədə milyonlarla vəsait ayrılıb və biz Respublikamızın infrastrukturunu genişləndirib işlə təmin olunmuşuq.Oz sərvətlərimizə toxunulmadan SSRİ-nin vahid enerji məkanına qoşulub ondan istifadə etmişik.Sibirdə bu gündə azərbaycanlılarında yaşayıb işlədiyi şəhərlər saln

Arif Agazadə 2018-12-22 13:30:04

Ermənidə Lutfi-Zadə kimi nadir ixtiraçı,Fərman Salmanov kimi neft dahisi,Kərim Kərimov kimi kosmosun yaradıcısı,Arnold Mişel,(Əhmədiyyə Cəbrayılov)Şarl Deqolun dostu Fransa milli qəhrəmanı kimi dahiləri olsa,Ermənilər onlara İrəvanda heykəl qoyub,Bütün dünyada onların təbligatını aparardilar! Biz isə əksinə dahilərimizə qulp qoyub,onlara dil uzadırq! Niyə belə millətik bilmirəm?

Araz 2018-12-22 13:30:04

Fərman Salmanovun qazdığı ilk quyu indi abidə kimi qorunur və mən o quyunu qörmüşəm və böyük qürur hissi duymuşam.Xahiş edirəm siyasəti bu işlərə qatmayaq.Urenqoyda Sabit müəllimin (Sabit Atayev) büstünüdə qururla yada salıram.

t.ədalət 2018-12-22 13:30:04

"EKEBALAYA"cavab:Mənim adım F.Salmanov kimi Rusiyanın xidmətində yox,Vətənimizin xidmətində var.Milli ordumuzun ilk günlərindən onun sıralarında olmuş,üzərimə düşən vəzifəni icra etmişəm.İkincisi,sən özünü gizlədib əxlaqsız söhbət edirsən.Mirşahinə sən bənzəyirsən,C.Əliyevin dedikləri sənə aiddir.Mən,yenə təkrar edirəm ki,F.Salmanovların hesabına,az da olsa iqtisadi cəhətdən güclənən Rusiya həmin imkanları silaha çevirib DQ-də balalarımızı öldürür..

t.edolet-e 2018-12-22 13:30:04

Ekebala, sen menim yazima cavab vere bilmedin,yene oz ampulandasan,belincki bele geldi,qoqol ele getdi.senden soruwuram ki,by gun Azerbaycanda yawayan rus dovletinin-imperiyasinin sende sevdalisi oldugun nokerlerinin birinin adini ceke bilersen?Men ruslarla yox ,Ferman Salmanovla fexr edirem.senin adin hec bir defterde olmaya-olmaya kimese qiymet vermeyin mirwahinlikdi.Allah rehmet elesin Celal Eliyeve.

t.ədalət 2018-12-22 13:30:04

"EKEBALAYA" CAVAB:Siz fikrinizi bir az darayın!Mən rus xalqının yox,əsirlər boyu Azərbaycanı talan edən,zülm və əsarətdə saxlayan rus dövlətinin-imperiyanın düşməniyəm.Sizin mövqeyiniz yazılara münasibət bildirən və şərh yazanlardan çox bir rus sevdalısına bənzəyir.Həmin Belinski "Qoqola məktub"unda rus xalqına da qiymət verib.O,rus xalqını "ikonanı həm başının üzərindən asan,həm də,lazım gəlsə, iy gəlməsin deyə qorşokun ağzına qoyan" kimi xarakterizə edib.

t.ədalət 2018-12-22 13:30:04

ŞƏMKİRLİYƏ: mənə nəyi isə sübut etməyə ehtiyac yoxdur.Təəssüf edirəm ki,sovet imperiyasına qulluq etməklə öz Vətənimizə qulluq etməyin nə olduğunu fərqləndirə bilmirsiz.İşləmək üçün Surquta üz tutan gənclərimizin əksəriyyəti ruslarla ailə qurub orda qaldılar.Çörək qazanmaq üçün Rusiyanın insan yaşamayan ucqarlarına getmək,məgər qəhrəmanlıqdır?Gənclərimizi yurdundan didərgin salıb rus qızlarına ər etmək üçün iş dalınca belə ucqarlara göndərmək imperiyanın siyasəti idi..

Mehman 2018-12-22 13:30:04

Təbii ki, Fərman Salmanov böyük şəxsiyyətdir. İlyas müəllim onun sadə dillə böyüklüyünü ifadə edib. Böyük şəxsiyyətlər isə bir millətə mənsub olmurlar. Onların zəkasından bəşəriyyət bəhrələnir. Əgər kimsə şahlıq, avtoritarlıq, diktatorluq dövründə yaşayırsa bu nə onun günahı deyil, nə də rejimə xidmətdə ittiham edilməməlidir. İlyas müəllim göstərdiyi kimi, FƏRMAN SALMANOVUN kəşfi ilə keçmiş SSRİ aclıqdan xilas oldu. İndi siz deyin bu rejimə xidmət sayılır, yoxsa xalqa.

Semkirli 2018-12-22 13:30:04

ay bedbext t.adalet ve knun qdbilinden an ari me luqlar Ferman kisi butun Rusiyafaki hemveye lerimixin fexridir . men ne vavt isdesen senin....gorusib bini sene subut ederem...

t.edolet-e 2018-12-22 13:30:04

Ekebala, rusu beyenmirsen Belinckiden sitar getirirsen,indiki zamanda Azerbaycanda yawayib oz milletine mensub olmayanlar haqqinda mikk da eleye bilmezsen.

ŞƏRHÇİ 2018-12-22 13:30:04

t.ədalətə.Sizin mövqeyiniz ədalətli olduğuna görə dəstəklənir.

Abdulqadir -t.edalet 2018-12-22 13:30:04

Öz yazdiginizdan özünüz bir shey anladiz?SSRI dövründe siz kime xidmet edirdiz? O ki,qaldi ad meselesine FERMAN müellimin oglu vezifeli shexs,en azindan icra bashchisi olsaydi hansisa bir rayona ve ya kende onun adini verdirerdi.Meselen:-SHemkirin ekseriyyet terefinden minus qiymetlendirilen bashcisinin minus atasinin ,,sherefine,, bir kendin adini deyishdirdiyi kimi.

t.ədalət 2018-12-22 13:30:04

Abdülqədir müəllimə:Belinski yazır ki,"..öz xalqına,öz millətinə mənsub ola bilməyən... bəşəriyyətə mənsub ola bilməz".Ona görə də rəhmətliyin hansısa vətənpərvərliyindən Azərbaycan gənclərinə söhbət açmaq mümkün deyildir.Çünki,o bir rus fədakarıdır.DQ ərazisində balalarımızı şəhid etmək üçün ermənilərə qoşulan,daha doğrusu, erməniləri üstümüzə yönməldən Rusiya dövlətinə qulluq edib.Onun haqqında pis heç nə yazmırıq.Yəqin ki onun uşaqları da Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmayıb..

redaktor 2018-12-22 13:30:04

Zer qedrını zerger bıler deyıb atalarımız o baxımdan Sızın kımı hormetlı ınsanlar yalnız Ferman Salmanov kımı deyerlı ınsanları anır bu gun coxları onun hesabına cox yukseklerde hette qohumları bele olsada yenı vezıfede lakın hele de onu yaxsılıqlarından qısqanclıqla danısırlar

OQTAY 2018-12-22 13:30:04

Mən istərdim ki, Bakının görkəmli yerlərindən birində bu böyük insana əzəmətli bir heykəl qoyulsun MƏNDƏ ÜRƏKDƏN İSTƏYƏRƏM

t.ədalət 2018-12-22 13:30:04

"Şamo" romanındakı obrazlardan biri-- Talıbxan yüzbaşı öz "xidmətlərinə " görə sevinirdi ki,öləndən sonra arxivlərdə qalmaq üçün haqqında "əl boyda raport" yazacaqlar.Çar məmurlarının tapşırıqlarına boyun əyməkdən qürur duyurdu.General Kərim Kərimov da elə.Azərbaycan üçün heç nə etmədi.Görkəmli mühəndis-geoloq F.Salmanov da əməllərini sovet imperiyasına xidmətlə sonucladı.Ancaq onların Vətənimizə xidməti döyüşçü əsgərə bir stəkan su vermək üçün cəbhə xəttinə gələn bir ananın fədakarlığı qədər olmadı..

Vahid 2018-12-22 13:30:04

Cox deyerli ve hormetli Ilyas muellim dostluqa,bacariqa ele yuksek qiymet verdiyiniz ucun Allah size uzun omr can saqliqi versin bu werhiniz sizin dahiliyinizi bir daha subut etdi,Ferman Salmanovada Allah qeni-qeni rehmet etsin.

Son yazılar