İslam Kərimovun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri saxlanılıb

Özbəkistanda eks-prezident İslam Kərimovun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, general-mayor Muidjon Toxiriy saxlanılıb.

Report "İnterfaks" a istinadən xəbər verir ki, Özbəkistan Baş Prokurorluğu bir sıra yerli KİV-lərdə onun həbs olunduğu barədə məlumatı təsdiqləyib.

"Muidjon Toxiriy həqiqətən saxlanılıb, ona qarşı istintaq tədbirləri aparılır", - qurumun mətbuat xidmətinin nümayəndəsi bildirib.

Baş Prokurorluğun nümayəndəsi əlavə məlumat verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar