GENERALIN İŞDƏN ÇIXARILMASININ PƏRDƏARXASI - Sabiq nazirin kadrı idi...

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – "Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri Asəf Quliyev işdən çıxarılıb.

General-mayor Asəf Vaqif oğlu Quliyevin yerinə təyinat da olub. Prezident İlham Əliyev Niyaməddin Tağıyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

***

general asef quliyev

"AzPolitika.info"nun məlumatına görə, Asəf Quliyevin işdən çıxarılması məsələsi xeyli əvvəldən gündəmdə olub. Məlumata görə, "Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri Asəf Quliyev Naxçıvan MR-in sabiq daxili işlər naziri Əhməd Əhmədovun kadrı olub. Ə.Əhmədovla çox yaxşı münasibətləri olan A.Quliyev məhz DİN nazirinin dəstəyi sayəsində vaxtilə bu vəzifəyə təyin olunub. Hətta deyilənə görə, A.Quliyevin də iştirakilə keçirilən məclislərdə sabiq nazir onu özünün qardaşı adlandırar, şərəfinə badələr qaldırarmış. 

Lakin Ə.Əhmədov MR rəhbərliyinin qəzəbinə tuş gələrək vəzifəsindən azad olunandan sonra ona ilk arxa çevirənlərdən biri məhz A.Quliyev olur. Bunun sayəsində vəzifədəki ömrünü bir qədər uzatmağa nail olsa da, belə görünür ki, A.Quliyev rəhbərliyin tam etibarını qazana bilməyib. 

635x100

Şərhlər

Yusif 2020-07-04 15:51:50

Salam her birinizə . Asəf Quliyev kimi orda heç vaxt komandir olmayacaq . Çox gözəl bir insan idi. Əsgər Qədiri bilen bir insan olub.. niyameddin. Geldi gelmedi neve pirizivim . Rəhmətə getdi

Nazim 2018-12-23 14:38:07

Asefe buda azdi cox insanin haqqin yeyib

Azər 2018-12-23 14:38:07

Asəf Quliyevin vəzifədən azad olunması xəbəri məndə çox böyük təəssüf hissi doğurdu.Hər birimizin tutduğu vəzifələr daimi deyil. Qeyd etmək istəyirəm ki, Asəf Quliyevin dövlət sərhədinin etibarlı mühafizəsində böyük rolu vardır. Belə ki, yüksələn xətt üzrə çiçəklənən Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının adını və mənafeyini daima uca tutmuş ,Vətənə sədaqətli xidməti ilə seçilmişdir. Bir komandir kimi mərd, tabeçiliyində olanlara qarşı sədaqətli davranmışdır. Gələcək xidməti fəaliyyətində və həyatında uğurlar arzu edirəm.

Yasar 2018-12-23 14:38:07

Allah Ehmed ehmedovun canini sag elesn onun kimi gozel insan kasiblarin dostu yoxdur Allah sedrimizin canini sag elesn.

ADMİN 2018-12-23 14:38:07

"Politoloq" yoldaş, "Yaşar məsələsi" nədirsə ona da sən toxun. Buyur, şərait yaradırıq...

Politoloq 2018-12-23 14:38:07

Az politika deyasan kanka oldugunuzu subuta yetirirsen Bir de bunu hec olmasa redskte etmadan verin ki bunlari iwden cixartmilar bunlar yedikleri corey tutur harinlamiwdilar ALLAH TALA CENAB SEDRIMIZI QORUSUN AMIN

Politoloq 2018-12-23 14:38:07

İnanmıram ki az politika ehmeda qarşı yazılmış alt yazıları efire buraxsın cunki kohna kankalardılar...

Poitoioq 2018-12-23 14:38:07

Ehmedin turkler demişken kaleleri bir bir gedir Novbeti hedef kim???Burda bir ser yadıma duwdu. ezizinem yaşardı vurdum gozu yaşardı meymun guzguye baxdı ela bildi yaşardı Yeqin oxucularımız başa duşer eger Az politika bunu redakte etmasa

Oqtay 2018-12-23 14:38:07

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri Asəf Quliyev işdən çıxarılıb. HƏRBÇİ İŞLƏMİR Kİ İŞDƏN AZAD ETSİNLƏR HƏRBÇİ QULLUQ EDİR

Oqtay 2018-12-23 14:38:07

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri Asəf Quliyev işdən çıxarılıb.

Son yazılar