Parisdə "sarı jiletlilərin" nümayişinə 800 nəfər qatılıb

Parisdə şənbə günü keçirilən "sarı jiletlilərin" etirazlarında ən azı 800 nəfər iştirak edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Francetvinfo radiostansiyası bildirir.

Etiraz aksiyasında iştirak edənlərin əksəriyyəti Montmartrda Sakre-Ker kilsənin ərazisində toplaşıb.

Bir qədər əvvəl bildirilib ki, sarı jilet geyinmiş onlarla insan Versal şəhərində Paris prospektinə gəlib.

Bu saata Parisdə vəziyyət sakitdir. Qanun və qaydaların qorunması üçün 4 min polis və jandarm, o cümlədən Parisdə 1,2 mindən çox adam səfərbər olunub.

Fransada "sarı jiletlilərin" nümayişləri noyabrın 17-də başlayıb. Onlar qiymətlərin və vergilərin artırılmasına etiraz edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar