"Suriyada İŞİD-in qalıqlarının məhvi ilə Türkiyə məşğul ola bilər" - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriyada İŞİD-in qalıqlarının məhv edilməsi ilə yerli ölkələr məşğul olacaq.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

Suriyadan Amerika qoşunlarının çıxarılmasını şərh edən dövlət başçısı qeyd edib ki, bu ölkədə İŞİD-in qalıqları (qalıqlarının məhv edilməsi) ilə yerli ölkələr, o cümlədən Türkiyə məşğul ola bilər.

"Əvvəlcə biz Suriyada üç ay qalmaq fikrində idik və bu, yeddi il əvvəl mövcud olub. Biz heç vaxt oradan çıxmırdıq. Mən prezident olanda İŞİD orada özbaşınalıq edirdi. İndi İŞİD-ə əhəmiyyətli dərəcədə qalib gəlinib və onun qalıqları ilə yerli ölkələr, həmçinin Türkiyə məşğul ola bilər. Biz evə qayıdırıq!" – deyə Tramp "Twitter"də yazıb.

Daha əvvəl ABŞ prezidenti Suriyada İŞİD terrorçularının darmadağın olunduğunu elan edib.

Qeyd edək ki, ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar