Fransa polisi Parisdə keçirilən aksiyalarda 142 nəfəri saxlayıb

Parisdə keçirilən etiraz aksiyalarında 142 nəfər saxlanılıb."Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, polis aksiyanı su nasosları ilə dağıdıb. "Sarı jiletlilər"in Parisdəki aksiyasında 2 min nəfər iştirak edib. Fəallardan bir neçəsi həbs olunub.

Fransada "sarı jiletlilərin" nümayişləri ötən ayın 17-də başlayıb. Onlar qiymətlərin və vergilərin artırılmasına etiraz edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar