Zaqatala sakini kəsdiyi ağacın altında qalaraq öldü

Zaqatalada 33 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb. “Report” xəbər verir ki, hadisə Danaçı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb. M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar