Fələstin prezidenti ölkə parlamentini istefaya göndərdi

Fələstin prezidenti Mahmud Abbas Ramallada ölkə rəhbərləri ilə görüşündə bəyan edib ki, parlamenti istefaya göndərib.

Virtualaz.org bildirir ki, bu barədə “Maan” agentliyi məlumat yayıb. Prezidentin sözlərinə görə, belə qərar konstitusiya məhkəməsinin hökmünə əsasən qəbul edilib: "Biz qanunvericilik orqanının buraxılması və 6 ərzində yeni parlament seçkilərinin keçirilməsi haqqında bu məhkəmə qərarına riayət edəcəyik".

Qeyd edək ki, Fələstin Qanunvericilik Şurası 2006-cı il 25 yanvar tarixində 4 illik müddətə seçilib. 2009-cu ilin dekabr ayında isə parlamentin mandatı Fələstinin azad edilməsinin təşkili üzrə Mərkəzi Şura tərəfindən yeni parlament seçkilərinin keçiriləcəyi tarixə qədər uzadılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar