Berdıməhəmmədov öz bəstələrini oxuyub - Prezident konsert verdi + VİDEO

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Yeni il öncəsi mərasimdə özünün şəxsi mahnılarını ifa edib.

"AzPolitika" “Report”a istinadla xəbər verir ki, videogörüntülər “Türkmənistan Xronikası”nın “YouTube”dakı kanalına yerləşdirilib.

Berdiməhəmmədov ingilis, alman və türkmən dillərində mahnılar oxuyub, o, həmçinin royalda da müşayiət edib. Mərasimdə prezidentin nəvəsi Kərimqulu da çıxış edib. Bildirilir ki, mahnıların müəllifi odur.

Videoyazının altında qeyd edilir ki, Türkmənistan prezidenti mahnılarını daim özü yazır və başqaları onları təkrar oxuyur.

Daha əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov ölkə parlamentinə – Məclisə deputat seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar