Jurnalistin saxtakarlığı ABŞ və Almaniya arasında siyasi qalmaqal yaradıb

ABŞ-ın Almaniyadakı səfiri “Der Spiegel”in əməkdaşının layiqincə cəzalandırılmasını tələb edib

Almaniyanın dünyaca məşhur “Der Spiegel” jurnalının əməkdaşı Klaas Relotiusun ABŞ-la bağlı yaydığı xəbərlərin və reportajların demək olar ki, hamısını özündən uydurduğunun ortaya çıxması iki ölkə arasında qalmaqal yaradıb.

Artıq ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrennel bununla əlaqədar müstəqil araşdırma aparılmasını tələb edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, səfir R.Qrennel “Alman dalğası” radiosuna verdiyi müsahibədə ölkəsinin Relotiusla bağlı baş verən hadisədən narahat olduğunu ifadə edib.

“Vaşinqton “Der Spiegel” jurnalının dünyadakı media standartlarına nə dərəcədə zərər vurduğunun təsbit olunmasında və bunun jurnalın daxilində hansı dəyişikliklərə gətirib, çıxaracağını bilməkdə maraqlıdır”, - deyə amerikalı diplomat media orqanını üstüörtülü təhdid edib.

Qrennel həmçinin alman media orqanını ABŞ-a qarşı həmişə qərəzli mövqe tutmaqda suçlayıb.

Öz növbəsinə isə “Der Spiegel” səfirin onlara yönəlik antiamerikanizm və ABŞ-a qarşı korporativ qərəz barədə ittihamlarını rədd edib.

Bununla belə, jurnalınn baş redaktor əvəzi Dirk Kurbüvayt özlərini təhqir olunmuş hiss edən bütün amerikalılardan üzr istəyib.

Xatırladaq ki, bu günlərdə jurnalın əməkdaşı Klaas Relotiusun ABŞ haqqında yazdığı reportajları, o cümlədən ABŞ-Meksika sərhəddində miqrantlarla əlaqadar məqaləsini sadəcə, öz beynindən uydurduğu ortaya çıxıb.

1,1 milyon tirajla Avropanın ən böyük jurnalı olan “Der Spiegel” buna görə həmin reportyorun hansı yazılarının yalan olduğu ilə bağlı xüsusi məqalə dərc etməyə məcbur olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar