Hindistan nüvə yükü daşıya bilən "Aqni-4" ballistik raketini sınaqdan keçirib

Hindistan bazar günü nüvə yükü daşıya bilən "Aqni-4" ballistik raketini sınaqdan keçirib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İşləmələri Təşkilatının (DRDO) məlumatında deyilir.

Bildirilir ki, sınaq səhər tezdən Oriss ştatının şərq sahilində, Benqal körfəzində yerləşən adadakı Əbdül Kəlam poliqonunda baş tutub. Bu sınaq sayca 7-ci olub.

"Bu yeni raketdə etibarlılıq və dəqiqlik səviyyəsini təmin edən müasir və kompakt radioelektron avadanlıq quraşdırılıb", - deyə məlumatda qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar