Şenol Günəşdən istefa açıqlaması

Uğursuz mövsüm keçirən "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş istefa vermək fikrində deyil.

Qol.az xəbər verir ki, Superlqanın 17-ci turunda səfərdə "Kasımpaşa"ya 1:4 hesabı ilə uduzan "qara qartallar"ın baş məşqçisinə "istefa verməyi düşünürsünüz" sualı verilib. Baş məşqçi isə bu haqda fikirləşmədiyini bildirib: "Liqada işlərin necə gedəcəyini bilmirik. Mən işimin başındayam və hazırda qərar vermək zamanı deyil".

"Beşiktaş" 17 turdan sonra 26 xalla Superliqanın 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, 66 yaşlı Şenol Günəş 2015-ci ildən "Beşiktaş"ı çalışdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar