"III Dünya müharibəsi Dağlıq Qarabağdan başlaya bilər"

Cənubi-Çin dənizi, Ukrayna, Fars körfəzi və Koreya yarımadası 2019-cu ildə ən «qaynar» bölgələr olacaq. Məhz orada Uçuncü dünya müharibəsi başlana bilər. Bu barədə «The National Interest» jurnalı yazıb.

KİV-in məlumatına görə, Cənubi-Çin dənizində Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Çin arasında qarşıdurma davam edir - hələlik iqtisadi sanksiyalar və tarif mübahisələri çərçivəsində...

Ukraynada da gərginliyin artması müşahidə olunacaq. Ölkədə hökm sürən qeyri-müəyyənlik qarşıdan gələn prezident seçkilərinə korrektə ediləcəyi ehtimalını artırır.

Fars körfəzində qeyri-sabitliyin istənilən forması ABŞ, Rusiya və Çin arasında açıq toqquşmaya gətirib çıxarda bilər. ABŞ-ın İrana qarşı iqtisadi təzyiqləri, Yəməndə və Suriyadakı münaqişə nəticəsində bölgədə gərginlik artır. Nəhayət, Vaşinqtonla Pxenyan arasında münasibətlər korlana bilər ki, bu da Koreya yarımadasında vəziyyəti daha da pisləşdirər.

Bəzi analitiklər Dağlıq Qarabağ münaqişəsini də bu sıraya əlavə edirlər. Ermənistanın bu məsələdə tutduğu avantürist və qeyri-konstruktiv mövqe bölgədə tammiqyaslı hərbi əməliyyatların bərpası ilə nəticələnə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar