“İlham Əliyevin rəhbərliyi ilə ölkənin gələcəyi xoşbəxt görünür” – Qusman

Dərc olunub: 23/12/2018 - 19:53

qusmanAzərbaycan üçün başa çatmaqda olan 2018-ci ilin əsas hadisəsi prezident seçkiləri oldu, xalq çox yüksək etimad göstərərək yenidən İlham Əliyevi Prezident seçdi.

“AzPolitika” xəbər verir ki, bunu Trend-ə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun müavini, Rusiyanın Əməkdar mədəniyyət işçisi, RF Dövlət mükafatı laureatı Mixail Qusman deyib.

Onun sözlərinə görə, Prezidentə səs vermiş insanlar İlham Əliyevin rəhbərlik etdiyi son 15 il ərzində ölkədə baş vermiş müsbət dəyişiklikləri öz həyatlarında hiss ediblər:

“İlham Əliyev dahi atası, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin inanılmaz siyasi səyləri, iradəsi sayəsində ölkənin uçuruma yuvarlanmasının, dağılma və parçalanmasının qarşısını ala bildiyi dövlətə rəhbərlik etməyə başladı”.

M.Qusman vurğulayıb ki, məhz Heydər Əliyev müasir Azərbaycanın Xilaskarı olub, İlham Əliyev isə son 15 il ərzində özünü ölkənin Qurucusu kimi göstərib:

“Müasir Azərbaycanın uğurları nəinki sevindirir, hətta heyrətləndirir, düşmənlərin aşkar paxıllığına, dostların isə səmimi sevincinə səbəb olur. Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi kimi, Azərbaycanda iqtisadiyyatın, sosial sahənin, mədəniyyətin inkişafı və hərbi quruculuqla bağlı planları onu göstərir ki, gələn il də Azərbaycan daha müasir, daha güclü, dünya siyasi sisteminə daha da inteqrasiya olunmuş dövlət quruculuğu yolunda irəliləyəcək”.

TASS-ın baş direktorunun müavini Prezident İlham Əliyev tərəfindən nəzərdə tutulan ölkənin strateji inkişaf planlarının reallaşdırılmasına dəstək göstərilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolunu qeyd edib.

M.Qusman əlavə edib ki, ölkənin Qurucusu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin gələcəyi son dərəcədə xoşbəxt görünür.






loading...


Fikrinizi bildirin