Salyanda iki qardaş qohumları tərəfindən bıçaqlanıb

Dərc olunub: 23/12/2018 - 21:15

bicaqBu gün axşam saatlarında Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, şəhərin M.F.Axundov küçəsində yaşayan 1983-cü il təvəllüdlü Hənifəyev Əfzələddin Tahir oğlu və onun 1989-cu il təvəllüdlü qardaşı Hənifəyəv Elnur bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarətlər yüngül olduğundan Travmatologiya şöbəsində onlara ilkin tibbi yardım göstərilib. Hər iki qardaşın qohumu tərəfindən bıçaqlandığı bildirilir. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Yevlaxda orta yaşlı kişi bıçaqlanıb.






loading...


Fikrinizi bildirin