Ərdoğan İsraili terror siyasəti aparmaqda ittiham edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili dövlət səviyyəsində terror siyasəti aparmaqda ittiham edib.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, o bunu İstanbulda keçirilən mitinq zamanı deyib.

"Binyamin Netanyahu səhv siyasətçini tənqid edib. O, qapını səhv salıb. Mən Türkiyə prezidenti olaraq, bütün məzlumlara yardım əlimi uzadıram, İsrail hökumətinin başçısı isə dövlət terroru ilə məşğul olaraq şər işlər görür", - deyə Ərdoğan bildirib.

Türkiyə liderinin sözlərinə görə, İsrail öz yaramazlıqlarına, bəşəriyyətə qarşı cinayətlərinə, axıdılan qanlara və dağıntılara cavab verməyincə, digərlərinin ünvanına ittihamla çıxış edə bilməz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar