Tramp 2020 seçkilərində iştirakdan imtina edə bilər - Məsələ yaxın 3 ayda həll olunacaq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) senatında bəyan ediblər ki, Prezident Donald Tramp 2020-ci il seçkilərində ikinci dəfə ali posta namizədliyini irəli sürüb-sürməyəcəyi barədə hələ qərar qəbul etməyib.

Konqresin yuxarı palatası xarici işlər komitəsinin başçısı Bob Korker bəyan edib ki, bu məsələ 2019-cu ilin ilk iki ayı ərzində həll olunacaq.

«Mən hesab edirəm ki, növbəti rübün 3 ayı bizim ölkə üçün çox əhəmiyyətli olacaq. Düşünürəm ki, gərək Birləşmiş Ştatların senatı çətin situasiyaya hazırlaşsın və xarici siyasətdə çoxsaylı səhvlərə yol verməsin» - deyə, Korker «CNN» telekanalının efirindən bəyan edib.

Bununla da Korker «The New York Times» qəzetinin bu barədə yazdıqlarını şərh etmiş olub. Qəzet Korkerə istinadla yazıb ki, Trampın təkrar Prezident seçilməsi sual atına düşə bilər. Bu zaman senator qeyd edib ki, məsələ barədə Prezident Trampın düşüncələri ona məlum deyil.

Trampın özü isə prezident seçilən andan başlayaraq, dəfələrlə bəyan edib ki, ikinci müddətə seçilmək üçün namizədliyini irəli sürmək niyyətindədir. Bu məsələdə, Respublikaçılar Partiyasından onun rəqibləri senatorlar - Tennessi ştatından Bob Korker, Arizona ştatından Ceff Fleyk, Arkanzas ştatından Tom Kotton və Texas ştatından Ted Kruz ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar