Ölkədə qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Trend-in məlumatına görə, dekabrın 24-də qızılın qiyməti dekabrın 21-i ilə müqayisədə 8,007 manat artaraq 1 unsiya üçün 2148,9955 manat təşkil edib.

Gümüş 0,0301 manat ucuzlaşaraq 1 unsiya üçün 25,0449 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 1,9635 manat azalaraq 1347,063 manat, palladiumun qiyməti isə 34,4845 manat azalaraq 2108,34 manat təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar