Yaponiya-Rusiya münasibətləri yenidən gərginləşdi - Kurilə görə

Rusiya Federasiyasının Kuril adalarında hərbi təlimlərə başlaması Yaponiya və Rusiya münasibətlərini yenidən gərginləşməsinə səbəb olub.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Yaponiyanın baş naziri Sindzi Abe rusların hərbi təlimlərini kəskin şəkildə qınayıb və onların ərazisində təlimlərin təşkilini hüquq normalarının pozulması adlandırıb.

Baş nazirin sözlərinə görə, rəsmi Tokio bununla bağlı Moskvaya etirazını bildirib.

Qeyd edək ki, ruslar dünən başladıqları təlimdə 1000 dən çox hərbçi, 100 ə qədər isə hərbi texnikadan istifadə edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar