APREL ŞƏHİDİNİN AİLƏSİ BU KOMADA YAŞAYIR! - "Allahdan icra başçısına cəza istəyirik..." + FOTOLAR

Zərdab rayonu Böyükdəkkə kənd sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Abdullayev Rasim Tapdıq oğlu "AzPolitika.info"ya müraciət edərək, ölkə rəhbərliyindən kömək istəyib. Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevdən şikayət edən şəhid atasının müraciətini qısa ixtisarla təqdim edirik: 

"Mənim oğlum Nurlan Abdullayev 05 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. Mən oğlum Nurlanın vətənin azadlığı uğrunda şəhid olmasından fəxr edirəm!

Ancaq Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, onun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə şikayət etdiyim üçün ailəmizi təzyiqlərə, hədələrə məruz quyur. Evimiz yaşamağa yararsız vəziyyətdə olduğu üçün cənab İlham Əliyevə ərizə ilə müraciət edib, yeni mənzil inşa edilməsinə köməklik göstərməsini xahiş etmişdim. Həmin ərizəm icra olunması üçün Zərdab rayon İcra Hakimiyətinə göndərildi. 

Bundan hiddətlənən Lütvəli Babayev məni və həyat yoldaşımı hədələyib təhqir etdi. Dedi ki, oğlunuzun şəhid adını əlindən aldıracam, mən bunu bacararam.

Həyat yoldaşım buna görə intihar etmək istəyir. Artıq bu haqsızlığa görə xəstəlik tapmışıq. İnsan nə qədər əcazil ola ki, şəhid olmuş şəxsin valideyinlərinə camaatın gözü qarşısında çəkinmədən belə hərəkətlər edə?!

Mən özüm Qrabağ müharibəsi veteranıyam, qaynım Mustafayev Qaraoğlan Ağamirzə oğlu 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Bizim ailə vətənpərvər ailədir. Ancaq Lütvəli Babayevin özü və yaxınları vətən uğrunda gedən döyüşlər zamanı qaçıb gizləniblər.

Oğlum Nurlan hərbi xidmətini Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Nurlan hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik.

Mən mətbuat vasitəsilə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirəm ki, nümayəndə göndərsinlər, gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görsün və bizə yaxından köməklik edilsin. Allahdan Lütvəli Babayevə isə cəza diləyirik..."

Şikayətdə qeyd olunanlarla bağlı Zərdab rayon İcra Hakimiyyətinin və şəxsən Lütvəli Babayevin fikirərini dərc etməyə hazırıq. Ancaq onu da qeyd edək ki, şəhidimizin ailəsinin aşağıdakı şəkillərdə göstərilən komada (buna ev demək mümkün deyil-red.) yaşamasına görə yalnız  Zərdab rayon İcra Hakimiyyəti deyil, Azərbaycan hökuməti utanmalıdır!

Dələduz məmur və iş adamları dövlətin milyonlarını, milyardlarını talayaraq Londonda, Parisdə və sair şəhərlərdə dəbdəbəli villalar almaq yarışına girdiyi halda, Vətən üçün canından keçən Şəhidin ailəsinin 3 ilə yaxın bir müddətdə normal bir evlə təmin edilməməsinin heç bir üzürlü səbəbi ola bilməz.

635x100

Şərhlər

Sabir 2018-12-25 16:55:00

Bu yaxınlarda Lütvəli Babayev rəsmi yıgıncaqda şəhidləri təhqir edən, hətda hamının ən cox çəkindiyi ali rəhbərliyinin ünvanına da təəccüb doguran ifadələr işlətdiyini indi bütün rayon danışır.2 ildir bu şəhidin ailəsinə elementar şərait yaradılmamasından hər yerdə danışılır.L.Babayev bircə ayda adi dövlət məmuruna belə yaraşmayan davranışlarına xərclədiyi pullara 2-3 ev tikmək olardı.Deputatımız J.Əliyeva isə Zərdaba paltarın nümayiş etdirmyə gəlir.Başçıda, deputatda ölüb yerə girsin.Lənət olsun sizlərə.

arif 2018-12-25 16:55:00

Çox utanc gətirici haldır Ayıb olsun belə başçıya

cəngərlik sakini 2018-12-25 16:55:00

HƏCC ZİYARƏTİNƏ hər kəs gedə bilər.Əsas hansı niyyətlə getməkdir.Əyər günahlarının bağışlanması üçündürsə bu nədir??? Bir də "QƏBUL OLUNMUŞ HƏCC ZİYARƏTİ" var.

arif 2018-12-25 16:55:00

HEjder Alijev alah sene rehmet etsin sen buna dozmezdin indi dozurler

EJDER 2018-12-25 16:55:00

MOLODES...HESAB EDIREM KI,BU O...A WEREF ORDENI VERILMELIDI.KIMDEN WIKAYET EDIRSEN,WIKAYETI HEMEN YERE GONDERIRLER.GULMELIDI BU ANALOQU OLMAYAN IDAREETME.CESASIZLIK BUDUR,BOW BOW NAQILLAR BUDUR.WEHID AILESINE VERILEN QIYMET BUDUR

ŞƏRHÇİ 2018-12-25 16:55:00

lütvəli şəhid ailəsini incitdiyin üçün ALLAH sənin həcc ziyarətivi heç qəbul etməsin, elədiklərivin əvəzini ALLAH versin, inşaallah!

ayzek 2018-12-25 16:55:00

Erməniyə güllə atanların əksəriyyəti "içəridə" yaşayır.Siz Allaha şükr edin ki komada yaşayırsınız!

Müfəttiş 2018-12-25 16:55:00

Bu lütvəlinin himayəçilərindən qorxmursunuzmu, ağzınıza gələni yazırsınız...

vasif 2018-12-25 16:55:00

Mingəçevirdə bir qara daş var idi ki, götürüb atdılar daş da gəlib düşdü Zərdablıların başına.Beləcə bu binəva Zərdablılar vaxti ilə rayondan qovulanların daşının altında inliyirlər.11 ildir L.Babayev pişik quyruguynan oynayan kimi H.Əliyev parkının ətrafında fırlanmaqla kifayətlənib və buna da İNKİŞAF DEYİB HƏR GÜN SOXUR Zərdablının gözünə.O ki qaldı inkişafa- Lütvəlinin (Lütfəli)dövründə Zərdabda ..... səviyyəsi və leqallaşdırılması çox yüksək inkişaf etdi.Lütvəlinin şəxsi nümunəsi hesabına.

Veteran 2018-12-25 16:55:00

Lale xanim muqaisenizi alqiwlayiram! Bu cur memurlari yawadan, onlara stimul veren tutduqlari postlardir. Yaxwi olardi belelerine umumiyyetle vezife verilmesin ki, nesilleri tez kesilsin!

teymur 2018-12-25 16:55:00

Lutveli senin qanin hansı millətin qanidi

rahib 2018-12-25 16:55:00

Təxminən 40 il əvvəl L.Babayevin .... Zərdabdan qovmuşdular.Bunu Zərdabda bilməyən yoxdu.Taleyin ironiyasına baxın ki 40 il sonra bunları Zərdabın yiyəsi etdilər. L.Babayev 3-cü dəfə Həccə gedəndə ....

REDAKTOR 2018-12-25 16:55:00

Bininda vaxti catib Şehidlərə Allah rəhmət eləsin amma əsas məsələ bu dəyil ki.Məsələn Xəta rayon sabiq İHB və onun muavini Rafiq uliyev Nobeı və ona paralel və hətta bir necə kamunikasiya xətlərinin kecdiyi yaşilliq sahəsində adi cəkilən ailələrə və onlarin qahimlarına bəlkdə 10 yaxın obyekt tikməyə içazə verib. Nə oldu dalından dəydilər getdi. İndi vaxtilə bir yerdə pul qirdiqlari muavini Rafiqdə onun torbasının kəndirini bərkidir. Boş şeylərdi fikir vərməyin...

Gülağa 2018-12-25 16:55:00

Sonra da Bayram Səfərov "Lap məni orda güllələyəydilər, indi sözlərimi pis yozanlar var e, onların hansısa biri mənim ailəmə bir “buxanka” çörək verəcəkdi?" deyəndə hamımız onu topa tutub qınayırdıq. O B.Bankın daha doğrusu büdcənin pulunu yeyib kef eləyən C.Hacıyevin Londonda kef eləyən arvadı Z.Hacıyevanın həyat tərzi, bu da canını vətən yolunda qoymuş N.Abdullayevin valideynlərinin həyat şəraiti. Hətta heç bir orta çinli məmurun övladı şəhid olmur, ancaq bu kasıb təbəqəyə aiddir. B.Vahabzadə demişkən "o da haqq bu da haqq, haqsızlığa bax”.

alı 2018-12-25 16:55:00

Bu barədə yazılar 2 ildir gedir.L.Babayev 3 dəfə Həcc ziyarətində olub.Amma Allah bu adama elə bir nəfs verib ki, bu şəhidin dəfnindən də pul yıgıb mənimsədi və Zədabda bunu hamı bilir.Zərdab bunu doydura bilmir cənab prezident.Bir qərara gəlin yazıqdı bu millət.Az qala hər il L.Babayevil ..... buna deyirlər ki, qəddarlıq eləmə qargışa gəlirsən.Deyir mən üçqat Həciyəm heç nə olmaz.11 ildir Zərdabı belə bir qansıza tapşırmaqla bizi zəlil günə qoyub hökumət.

lala 2018-12-25 16:55:00

ay lutveli Allax senin kimi memurlarin omrunden kesib nesli tukenmekde olan pandalara versin

Son yazılar