“MOLLALAR RƏVAYƏT DANIŞMAQDANSA...” – Deputatdan şeyxə düşündürücü məktub

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb. "AzPolitika" həmin məktubu olduğu kimi təqdim edir:

Hörmətli Şeyxülislam,

Hörmətli Mübariz müəllim!

Bakıda keçirilən "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin "Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” deməsi məni dərindən sarsıtdı. Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakının bir sıra kəndlərində qız uşaqlarının təhsil almaları ilə bağlı problemlərin olduğunu, bəzi valideynlərin qız övladlarını məktəbə buraxmadıqlarını dəfələrlə ictimaiyyətin və müvafiq dövlət orqanlarının diqqətinə çatdırmışıq.

Ötən əsrin əvvəllərində, müsəlman şərqinin qaranlıqları içərisindən sıyrılmağı bacaran ziyalılarımız Azərbaycan qızlarının təhsil almalarına böyük əhəmiyyət verdikləri, bunun üçün böyük fədakarlıqlar etdikləri halda, biz Cümhuriyyətimizin 100-cü ildönümündə, dünyəvi Azərbaycan Respublikasında qızlarımızın məktəbə buraxılmamasından danışırıq. Utancvericidir!

Nəinki Bakıda, bütün müsəlman şərqində ilk dünyəvi qızlar məktəbinin açılışından 117 il keçir. Məktəbin qurucusu Hacı Zeynalabdin Tağıyevə görə, "bir kişi təhsil alarsa, bu, yalnız savadlı bir insan olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. 117 il öncə heç bir təhsili olmayan Hacı Zeynalabdin Tağıyev bu böyük həqiqəti anladığı və dilə gətirdiyi halda, əhalisinin az qala 100%-i savadlı olan Azərbaycan Respublikasında qızların təhsildən yayındırılması təəssüf doğurur.

Vaxtilə müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Hacı Zeynalabdin Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə – Məkkəyə, Mədinəyə, Kərbalaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı mötəbər, rəsmi din xadimlərinin hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilərlər. Zeynalabidin Tağıyevin məsciddə, ruhanilər qarşısında çıxışı isə xüsusu maraq doğurur: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir...”

Amma görünür Zeynalabdin Tağıyevin 117 il öncə etdiklərinin bu gün də təkrarlanmasına ehtiyac var.

Hörmətli Şeyxülislam,

Hörmətli Mübariz müəllim!

Bu gün bəzi yaşayış məntəqələrində qızlarımızın təhsil almaları ilə bağlı yaranmış vəziyyət hamımızı ciddi şəkildə narahat etməlidir. Çünki təhsilsiz qadın hər şeydən öncə təhsilsiz övlad və təbii ki, təhsilsiz millət deməkdir.

Düşünürəm ki, din xadimləri öz xütbələrində, iştirak etdikləri məclislərdə rəvayətlər danışmaq əvəzinə qızların təhsil almalarını, qadın hüquqlarını, xeyriyyəçiliyi, haqqı və ədaləti təşviq etməli, bu istiqamətdə ardıcıl təbliğat aparmalı, sivil cəmiyyət quruculuğuna öz töhfələrini verməlidirlər.

Ümid edirəm rəhbərlik etdiyiniz qurumlar tezliklə bu istiqamətdə real addımların atılmasına nail olacaqlar”.

635x100

Şərhlər

Araz-a 2018-12-25 17:18:27

Səudiyyə kralı Vahabi təriqətinin qaydaları ilə dəfn olunub.Ən ilginc də odur ki, dünya müsəlmanlarının ibadət etdiyi.həcc Səudiyyə Ərəbistanında yerləşir.Peyğəmbərimiz islam dininin təməlini məhz orada qoyub.Ancaq bu gün həmin mərkəz( islam dii) sonradan ingilis siyasəti nəticəsində müxtəlif təriqətlər uydurularaq parçalandırıldı və əsassız təriqətlər ortaya çıxarıldı.Buna isə islam din mərkəzi əcaib səbəblərdən etinasız qaldı.İslam aləminin faciəsi buradan başladı.Parçala-hökm et siyasəti zəfər çaldı.

Moshu 2018-12-25 17:18:27

Qaldı qızlarımızın təhsil məsələsinə. Doğrudan da biz hər şeyi ifrat dərəcədə edirik. Bu məsələ bizləri dərindən düşündürməlidir. Niyə də qızlarımız savadlı olmasın? Savadlı qadın savadlı övlad böyüdər. Qadının təyinatı yalnız uşaq doğmaqdırmı? Savadsız qadının böyütdüyü övlad da savadsız olmalıdır. Bəlkə ibtidai icmal quruluşuna qayıdaq? Əgər söz tərbiyədən gedirsə, tərbiyəsiz qadın tərbiyyəsizliyini çarşab altında da edəcək, açıq-aşkar da.Biz mənəvi məsələləri gündəmə gətirməliyik. Fikirdən fikir doğur. Fikir verin, Bakı başdan-ayağa əxlaqsız yuvasına çevrilib. Heç adamın ağlına da gəlməz ki, şəhərin düz köbəyində “İnfinity”, “Malibu” klubları (bu hələ mənə məlum olanlardır) bizim qız-gəlinlərimizin tərbiyyəsini hansı zirvələrə qaldırır. Hərdən fikirləşirsən, hara baxır bizim jurnakistikamız, İnsan alverinə qarşı mübarizə Baş idarəsi, həmin rayonun hüquq-mühafizə orqanları? Namus əldən getmək üzrədir. Ərəblər ... nizama salmaq üzrədirlər. Bu məsələ də günümüzün tələbi olmalıdır.

Avam 2018-12-25 17:18:27

Qüdrət bəy,sizə cəsarətli çıxışlarınıza görə hörmət edirəm.Amma bu bölgədə oxumuş qızların hörməti yoxdur.O bölgədən olub,gəlib Binədə məskunlaşan bir molla ailəsi var(qaynana,vaxtilə onun da əri,oğul,gəlin hamısı mollalıqla məşğuldur) oxumuş qızları gözdən salmaqla məşğuldur.Özlərinin yaxşı gəlirləri var,oxumuşlar heç onların qazandıqlarının 3%-ni qazanmırlar.Oxumaq stimul nədir?O bölgənin oxumuş oğlanları da hətta ali təhsilli həyat yoldaşı deyil,savadsız həyat yoldaşı axtarırlar.Elə isə qızlar niyə oxusun?Maddi təminat yox,mənəvi...yox

Müfəttiş 2018-12-25 17:18:27

Elə sənin dediklərin də gopçu Mollaların rəvayətlərindən fərqlənmir. Məktəblərdə ibtidai sinifləri çıxmaq şərti ilə, yuxarı siniflərdə təhsilin səviyyəsindən danışmaq lazımdır. Şagirdlər təhsili repititorlar vasitəsi ilə əldə edirlər, ona da hər valideynin imkanı çatmır.O halda qizların yuxarı siniflərdə məktəbə getməməyinin səbəbi bəlkə sizlərə məlum oldu....

Vətəndaş 2018-12-25 17:18:27

Ölkəfdə istər din,istər sənaye,təhsil və sairə bir mərkəzdən idarə edlməyəndə iki tirəlik yaranır və acınacaqlı olur.Azərbaycanda dini qurumlar üzrə iş Komitəsi ölkədə din məsələləri ilə ciddi məşğul olmalıdır.Qaldı Qafqaz Müsəlmanlar idarəsi- Bu idarə ümumi Qafqaz regionunda Din məsələləri ilə məşğul olan qurumlarla iş aparmalıdır.Qafqaz Müsəlmanlar idarəsinin Azərbaycanda,onun şəhər və rayonlarında dindarlarla,mollalarla iş aparmasına,nəzir qutularını nəzarətdə saxlamaqla heç bir əlaqəsi olmamalıdır.

Araz 2018-12-25 17:18:27

Moshu müəllimə bəzi xatırlamalar. Birincisi rusların pominkası bizim toylar kimi olur.Əməli başlı yeyib içmək məclisi.Bir dəfə maraqlan gör Səudiyə də kralı necə dəfn etdilər.Heç baş daşı belə qoymadılar.3-7 - 40-52 ,cümə axşamları İslam la yaxından uzaqdan heç bir əlaqəsi yoxdur.Bizim yas məclisləri indi rus pominkasından ferqlənmir.Mərasim zallarının sayı durmadan artır.Biləcəridə biri var adı OVQAT dır. Qısası düzgün İslamda yas ən az israfla keçirilir.Bizdəki mərasimlərin İslamla heç bir əlaqəsi yox

Oqtay 2018-12-25 17:18:27

Çox vaxtında və lazımlı ölkəyə, millətə xeyirli məsləhətdir ancaq nə fayda bunların başı qarışıb varlanmağa bir də Hacı Zeynalabdın Tağıyevə olan hörməti görüb adekvat hərəkət edirlər.Hacının özünün tikdirdiyi Lenin adına kombinatının qarşısında olan büstünü də təmir adı ilə yox etdilər.O boyda insana olan hörməti görəndən sonra bunları qınamaq olmaz və bu məktubu yazmamışdan qabaq Hcının özünə hörmət etmək lazımdır Niyə M.M.məsələ qaldırıb Bakının görkəmli yerində ona layiq olan heykəl qoymursunuz

t.ədalət 2018-12-25 17:18:27

Hörmətli Qüdrət müəllim,qızların təhsildən yayınmasının yeganə səbəbi ailədəki maddi ehtiyacdır.Ehtiyac dərinləşdikcə uşaqlar üzərində valideyn nəzarəti də zəifləyir.Təhsilin pullu olması da məktəbə marağı azaldıb.Belə məsələlərin həlli ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırıması ilə mümkündür.

t.ədalətə 2018-12-25 17:18:27

hörmətli t.ədalət!Ölkəmizin iqtisadi vəziyyətinə söz ola bilməz-bunu büdcədən oğurlanan milyardlardan görmək olar.Bəlkə səbəb sadə insanların maliyyə vəziyyətindədir?

Moshu 2018-12-25 17:18:27

Ola bilsin ki, bu yazımdan sonra mənim də ünvanıma təhqir dolu şərhlər yazılacaq. Bu məni qayğılandırmır, lakin saytdakı yazıya münasibətimi bildirməyi özümə borc bilirəm. Ara-sıra Qüdrət Həsənquliyev çox aktual mövzuları gündəmə gətirir, heç olmasa biz də ürəyimizi ağır yükdən boşaltmağa macal tapırıq. Mollaların yas məclislərindəki çıxışlarından bir Azərbaycanlı olaraq adam xəcalət çəkir. Mollaların dini savadı yox dərəcəsindədir. Yas mərasimlərində olarkən mollaların bu mərasimləri necə apardıqlarının hamımız şahidiyik. Elə ağıla gəlməz şeylər danışırlar ki, adam heç müsəlman olmaq istəmir. Bəlkə şeyx və Mübariz Qurbanlı onları rus, yəhudi yas məclislərinə ezam etsələr, onların məclisi hansı qaydada aparmaları barədə təsəvvürləri olar. Çox böyük məclislərdə olarkən çox böyük vəzifə sahiblərinin də bizim mollaların rəvayət deyil, goplamalarına necə də maraqla qulaq asmalarını görəndə adamın əti tökülür. Mollalarımız da özümüzə oxşayıblar. Bu anormallığı ortadan götürmək zamanıdır. Təqdim etdiyim saytdakı görüntüləri çox istərdim ki, dini rəhbərlərimiz də, başbilənlərimiz də, elə mollalarımız da baxaydılar. Görəydilər ki, rus uşaqlarının dini savadı hansı səviyyədədir? https://www.youtube.com/watch?v=liEMQ-FrKro Bir çoxlarımız bu orta sinif şagirdlərindən nümunə götürməliyik.

G M 2018-12-25 17:18:27

Din başdan ayağa rəvayətdir..Sadəcə mollalara tapşırıq vermək lazımdır ki uyğunsuz,Elmi inkar edən rəvayətləri yığışdırsınlar.İslamı elə kökə salıblar ki,ölü yerlərindən başqa yerlərdə dinləyici auditoriyası yoxdur.

Oqtay-ya 2018-12-25 17:18:27

Qardaş bizə Hacı Zeynalabdin, C.Məmməquluzadə, M.Ə.Rəsulzadə, A.Mirzəcənzadə və s-lərin heykəlləri deyil sovet təbliğatının yadigarı olan uydurulmuş Koroğlunun heykəli lazımdır. Yaxşı olar ki Dəli Həsənə, Qaçaq Nəbiyə, Qatır Məmmədə də heykəl qoyaq. Analoqu olmayan inkişaf...

EJDER 2018-12-25 17:18:27

HESAB EDIREM KI,BU HOKUMETDE HAMI NAQIL ,REVAYET DANIWIR...HA HA SABONANI ELE ALA BILMEDINIZ,ZIBILINIZ UZE CIXDI...HAYDI YAP cilar GOP cular ANALOQU OLMAYAN,DAYANIQLI INKIWAFDAN DOWUYUN GELSIN.ZAMAN GELIR,LUKAWENKO CANI.WEYXIN BIZNESMEN QARDAWININ SESI COXDANDIR CIXMIR...CENAB DEPUTAT

Son yazılar