Erməni Kilsəsinin rəhbəri KQB agenti çıxdı - "Zorik"

Avstraliyanın nüfuzlu «The Sydney Morning Herald» qəzeti Rusiya kəşfiyyatının arxiv sənədlərinə istinadla ölkədə fəaliyyət göstərən Avstraliya Erməni Kilsəsinin rəhbəri, arxiyepiskop Aqan Baliozyanın uzun illər “Zorik” ləqəbi altında KQB agenti işləməsi barədə geniş məqalə dərc edib.

Axar.az xəbər verir ki, məlumatda mərhum Baliozyanın 1946-cı ildə Suriyada anadan olduğu, Avstraliyaya isə 1975-ci ildə köçdüyü vurğulanır. Əlavə olunur ki, ilk illərdə vikar kimi çıxış edən “Zorik” 1982-ci ildə Avstraliya və Yeni Zelandiya Erməni Kilsələrinin arxiyepiskopu seçilir. Daha sonra mühüm nüfuz əldə edən Baliozyan Erməni Kilsəsini Beynəlxalq Kilsələr Şurasında təmsil edir. Erməni kilsələri arasında birliyin yaranmasındakı xidmətlərinə görə o bir sıra medalla təltif olunur. Baliozyan 2012-ci ildə yaşadığı evdə dünyasını dəyişir.

Maraqlı detallar da bundan sonra ortaya çıxmağa başlayır. Belə ki, 1973-cü ildə İrəvanda dini ayinlər oxuyan arxiyepiskop sovet kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunur. Növbəti illərdə - 1974-ci ildə Qüdsə gedən Baliozyan “üç ölkədən” KQB-yə məlumatlar ötürməyə başlayır. Avstraliyadakı “fəaliyyəti” isə növbəti illərə təsadüf edir.

Xatırladaq ki, “Baliozyan işi” ilə əlaqədar məsələyə reaksiya verən Rusiya kəşfiyyat orqanı əməkdaşları arxiv sənədlərindən onun ikinci peşəsindən razı qalınmadığını müəyyənləşdiriblər. Bildirilir ki, nüfuzlu olsa da, əksər hallarda Baliozyan qorxaq olub və kəşfiyyat sistemi standartlarına elə də cavab verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar