Saatlıda sürücü maşınla piyadanı vuraraq qaçıb

Saatlı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qıraqlı kəndində qeydə alınıb.

Kənd sakini Babayev Eldəniz yolu keçmək istəyən zaman onu “Mercedes” markalı avtomobil vurub. İlkin məlumata görə, sürücü hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qubada avtomobil piyadanı vurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar