Türkiyə İŞİD qalıqlarını təkbaşına darmadağın etməyə qadirdir - Əməliyyat hazırdır

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə Suriya ərazisində - Ərəfat çayının şərq sahilində hərbi əməliyyata başlayacaq.

Bu qərar Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğanla Birləşmiş Ştatların Prezidenti Donald Tramp arasında baş tutmuş danışıqlardan sonra qəbul olunub. Məlum olduğu kimi, sonuncu ABŞ qoşunlarını Suriyada çıxartmaq qərarına gəlib.

Nazirin sözlərinə görə, Türkiyə öz fəaliyyətini amerikalı hərbçilərinin ərazidən çıxarılması prosesi ilə koordinasiya edir, kürd silahı birləşmələrinin isə hələlik Mənbicdən çıxarılmasının ləngidiyini bildirir.

Bu zaman, Çavuşoğlu bəyan edib ki, Türkiyə İŞİD qruplaşmasının qalıqlarını təkbaşına darmadağın etməyə qadirdir. Bu məsələdə Ankara Rusiya, İran və koalisiya üzrə həmkarlarla əməkdaşlıq etməyə hazırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar