Suriyanın bir neçə müxalif birliyi təslim olmağa hazırdır - ABŞ gedəndən sonra

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) və müttəfiqlərin Suriyanın cənub-şərqindəki Ət-Tanfa hərbi bazasını tərk etməsindən sonra, bir neçə müxalif birliklərin üzvləri silahı yerə qoymağa və Suriya ordusuna təslim olmağa hazır olduğunu bildirib. Bu barədə çərşənbə axşamı «Suriya-əl-En» xəbər portalı məlumat yaıb.

Portalın məlumatına görə, Et-Tanfanın 55 kilometrlik radiusunda yerləşmiş döyüşçülərin əhəmiyyətli hissəsi təslim olmaq və hakimiyyətlə barış razılaşmasına getmək arzusunda olduğunu bildirib.

Bununla eyni vaxtda, «Maqavir əs-Saura» briqadasının ABŞ və britaniyalı instruktorlarnın rəhbərliyi altında hazırlıq keçmiş səhra komandirləri öz qüvvələrini Suriyanın şimalına çıxartmaq üçün onlara təhlükəsiz dəhliz verilməsini tələb edirlər.

Bu briqadanın canlı qüvvəsi 6 min nəfər döyüşçüdən ibarətdir.

Ət-Tanfa bazası Suriya, İraq və İordaniya sərhədinin kəsişməsində yerləşir və başda Birləşmiş Ştatlar olmaqla, qərbyönlü koalisiya tərəfindən yaralılıb. Baza İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq məqsədilə yaradılıb. O, Bağdad-Dəməşq stratei şossesinə nəzarət etməyə imkan verir.

Bundan başqa, amerikalı hərbçilərin sözlərinə görə, onlar bu obyektdən bölgədə İranın təsirinə qarşı da istifadə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar