Fransada ilin ən yaxşı futbolçusu müəyyənləşdi

Dünyaca məşhur "France Football" nəşri Fransada 2018-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qol.az-ın sözügedən mətbu orqana istinadla yaydığı xəbərə görə, bu ada PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb. Qalib ötən illərdə bu mükafatı qazanmış şəxslərdən ibarət münsiflər heyətinin səsverməsi nəticəsində müəyyənləşib.

Qeyd edək ki, Mbappe bir neçə gün öncə "France Football" nəşri tərəfindən həm də dünyanın ən yaxşı gənc futbolçu seçilib. 20 yaşlı oyunçu "Qızıl top" mükafatı uğrunda mübarizədə isə 4-cü olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar