“ABB-Moskva” fəaliyyətini bərpa edəcək
Baxiş sayı:
Dərc olunub:
26/12/2018 - 15:47
Azərbaycan Beynəlxalq Bankının (ABB) Moskvadakı törəməsi - “ABB-Moskva” fəaliyyətini bərpa edəcək.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə qərar ABB-nin səhmdarlarının dekabrın 25-də keçirdiyi ümumi yığıncağında qəbul edilib.
Məlumatda ABB-nin İdarə Heyəti tərəfindən Zaur Qaraisayevin “ABB-Moskva”nın İdarə Heyətinin sədri təyin olunduğu bildirilir.
Qeyd edək ki, ötən gün ABB-nin yaydığı məlumatda bildirilib ki, bankın törəmə müəssisələrinə dair bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar verilib. Bununla belə, bank törəmə müəssisələrlə bağlı verdiyi qərarı açıqlamayıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.