TRAMP HAMINI ALDATDI! – “Bu, kürdləri satmaqdır”

Tramp “twitter”də iki minlik ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması barəsindəki qərarından yazıb. Onun sözlərinə görə, İŞİD üzərində qələbə çalınıb və Amerikanın Suriyada qalmasının yeganə səbəbi bu olub.

Amma İŞİD üzərində tam qələbə çalındığını demək olmaz. Əlbəttə, İŞİD əldə etdiyi torpaqların 95%-dən məhrum olub, lakin onlar İraq sərhəddi yaxınlığında kiçik bir ərazini əllərində saxlayırlar. Həmçinin İŞİD-in sıralarında hələ də bir neçə min cihadçı var (İraqdakı güclərlə birlikdə onların sayı 30 000-ə çata bilər).

Amerikanların Suriyadan çıxmasından sonra cihadçılar öz mövqelərində möhkəmlənə və sərbəst şəkildə Qərbi Avropaya və ya ABŞ-a sızıb, oralarda bomba partlada bilərlər. İki həftə bundan öncə ABŞ hərbi qərargah rəislərinin birləşmiş komitəsinin sədri general Cozef Danford bildirirdi ki, İŞİD qüvvələrini tamamilə məhv etmək üçün Amerikan hərbçiləri Suriya Demokratik Güclərinin bir neçə minlik döyüşçüsünə təlim keçməlidir. Həmin tapşırıq yalnız 20% yerinə yetirilib.

Ona görə də, Trampın məlum bəyanatı ərəfəsində onun administrasiyasının nümayəndələri əmin edirdilər ki, Suriyadan çıxmaq barəsində heç bir söhbət getmir. Həmişə olduğu kimi, Tramp hamını aldatdı.

- Trampın qərarının nəticələri

İraqda hələ 5000 amerikalı hərbçi var və təhlükə yarandığı təqdirdə onları Suriyaya yollamaq olar. Bundan başqa orda Amerika aviasiyası da var. Amma Trampın atdığı addım ciddi geosiyasi və humanitar nəticələrə gətirib çıxara bilər.

Hadisələrin inkişafı təkcə cihadçıları deyil, həm də Suriya müharibəsinə cəlb olunmuş Rusiya və İran kimi beynəlxalq aktyorları da sevindirib.

Amerika prezidenti qoşunları çıxarmaqla Suriyada müharibənin başa çatmasından sonrakı danışıqlarda Moskvaya edilə biləcək mühüm təzyiq mexanizmindən imtina edir. Yəni Tramp bu ölkəni Putinin ixtiyarına buraxır. Bununla yanaşı Livandakı “Hezbollah” terrorçularını dəstəkləyən İran öz casuslarını və yaraqlılarını da sərbəst şəkildə oraya göndərə biləcək. Amerikanın etibarlı dostu sayılan İsrailin təhlükə hiss etməsinə ciddi əsas yaranır. Trampın qərarının yeganə məntiqli izahı ABŞ və Türkiyə arasındakı münasibətin normallaşması faktıdır. Ərdoğan bu yaxınlarda elan edib ki, o, Suriyanın şimal-şərqində əsası kürdlərdən ibarət olan Suriya Demokratik Güclərinə qarşı hərbi əməliyyat keçirməyə hazırdır.

Ankara onları Türkiyədəki separatçı kürdlərlə bağlayır və ona görə də, SDG-nı öz dövləti üçün təhlükə hesab edir. Doğrudanmı türklərə “Patriot” kompleksi satan Tramp Suriyadan amerikalı hərbçiləri çıxarmaqla bu günə kimi ABŞ-ın müttəfiqi olan suriyalı kürdləri bölgədə tək buraxır? Bu, kürdləri satmaqdır.

- Böyük strateji səhv

Trampın qərarını nəinki KİV-lər, həm də konqresdəki respublikaçılar dostcasına qınayırlar. Senator Mark Rubio prezidentin addımını böyük strateji səhv adlandırır. Trampın respublikaçılar partiyasından olan tənqidçiləri deyirlər ki,əgər buna bənzər hərəkəti Obama etsəydi onu “topa” tutmuşdular.

Amma buna baxmayaraq Suriyadan hərbçilərin çıxarılması əvvəlki prezientin siyasətinin davamıdır: ilk əvvəl Obama qoşunları İraqdan çıxardı, sonra isə Suriyaya müdaxiləni dayandırdı. Hərçənd, Bəşər Əsəd dinc əhaliyə qarşı ölümcül kimyəvi qazlardan istifadə edərək “qırmızı xətti” keçmişdi. Vaşinqton məhz Obama zamanı Yaxın Şərqdən üz döndərməyə başlayaraq, orada vakkum yaratdı və nəticədə Suriyadakı həmin boşluğu Rusiya doldurdu.

Trampın yeni qərarını respublikaçı keçmiş konqresmen Rend Pol kimi izolyanizm tərəfdarları dəstəkləyirlər. Vaxtilə Rend Pol ABŞ hərbi büdcəsinin 20% azaldılmasını təklif edirdi. ABŞ prezidentinin addımını hətta bəzi pasifist əhval-ruhiyyəli demokratlar da müsbət dəyərləndirirlər.

Qoşunların Suriyadan çıxarılması Amerika cəmiyyətinin əhəmiyyətli hissəsinin xoşuna gələ bilər, çünki əsgərlərin evlərinə dönməsi ailələr çün xoş xəbərdir. Trampın seçicilərinin əsas bazasını təşkil edənlər heç Suriyanın harada yerləşməsini bilmirlər və ona görə də oraya hərbçilərin yollanılması nəyə gərəkdir? Amerika cəmiyyətinin daha savadlı və yaxşı məlumatlanmış hissəsi Tramp kimi hesab edir ki, ABŞ diqqətini Çin üzərində cəmləşdirməlidir.

- İlk öncə Amerika

Tramp iki il ərzində ABŞ hərbi kontingentinin Suriyada qalmasına razılaşmışdı, amma Əfqanıstanda 10 000 amerikalı hərbçi hələ də qalmaqdadır. Tramp həmişə hesab edib ki, düşmənin canına qorxu salmaq üçün Amerika ordusu güclü olmalıdır, lakin bu ordunun öz vətənində qalması daha yaxşıdır. Bu ideya ABŞ-da populyardı: bütün mənalarda baha qiymətə başa gəlmiş İraq müharibəsindən sonra Amerika öz zirehinin içində gizlənir. “İlk öncə Amerika” şüarı ilə Tramp ideal şəkildə bu əhval-ruhiyyəyə uyğun gəlir. Xarici siyasət sferasında qərar qəbul edərkən Tramp ilk növbədə bunun ölkə daxilindəki vəziyyətə necə təsir göstərəcəyi barəsində düşünür.

(“Polityka”-Polşa)

635x100

Şərhlər

********* 2018-12-26 16:05:55

Dostum, üzümüzə gələn yeni ilin mübarək, arzu edək bütün nigarançılıqlar köhnə ildə qalsın, yeni ildə ancaq uğurlu fəaliyyət, ürəyini buz kimi saxla, başqa söhbət mümkün deyil!!!

o.b.n 2018-12-26 16:05:55

ABŞ-ın məqsədı diktator Əsədi devirməkidı ona görə ASO-na, SDG-nə, İŞİD-da yardım etdi.Bu təşkilatlar isə başqa qüvvələrin təsirinə düşdülər,Əsəd qaldı kənarda.ASO Türkiyənin,SDG hən Kremlin həm ABŞ yanında oldu İŞİD-isə Şexlərin fitfasına getdı.ABŞ İraqa çəkilməklə Suryada boşluq yaradır həmin böşluğu İŞİD tutacaq.Türkiyənin başı SDG-lərə qarışacaq.Rusya isə öz probleminə.SDG-in ermənilər kimi iki başı oyunu olara baha başa gələcək.

vidadi goyce 2018-12-26 16:05:55

satqinlari hemishe satirlar...

Son yazılar