Hər 5 rusiyalıdan biri qəmgin və yorğundur - Yeni il sorğusunun maraqlı nəticələri

"AzPolitika" xəbər verir ki, Rusiyada Yeni İl Bayramı öncəsi Ümumrusiya İctimai Rəyin Araşdırılması Mərkəzi tərəfindən maraqlı sorğu keçirilib. Mərkəz artıq ənənvi hal alan və hər il ölkənin əsas bayramı öncəsi keçirdiyi sorğuda rusiyalıların nə dərəcədə bayram əhval-ruhiyyəsində olduqlarını müəyyən etməyə çalışıb.

Sorğunun nəticələri ötən illə müqayisədə rusiyalıların kefinin heç də yüksəlmədiyini ortaya qoyub. Belə ki, rəyi soruşulanların təxminən 20 faizi bayram qabağı şən deyil, qəmgin əhvalda olduqlarını bildiriblər. Ötən ilə belələri cəmi 8 faiz təşkil edirdi. Yorğun olanların sayı da 2 dəfədən çox artaraq, 4 faizdən 10 faizə çatıb.

Həyatından narazı və məyus vətəndaşların sayı isə 3 dəfə artaraq, 3 faizdən 10 faizə yüksəlib. Rusiyalılar bayram xərclərini də azaltmaq məcburiyyətində qalıblar. Əgər ötən il onlar Yeni İl Bayramına ortalama 14300 rubl xərcləməyə hazır idilərsə, bu il 13500 rubla gücləri çatacaq.

Şimal qonşumuzun əhalisinin 80 faizi bayramı öz evində keçirməyə hazırlaşır. 100 rusiyalıdan 5-nin isə ümumiyyətlə bayramı qeyd etmək fikri yoxdur. Rəyi soruşulanların yalnız 57 faizi ötən ili uğurlu hesab edir, cəmi 49 faizi isə yeni ildən yaxşı nəsə gözləyir.

Bəzi müşahidəçilərin fikrincə, bu sorğunun nəticələri Rusiya əhalisinin iqtisadi və mənəvi durumunun ildən-ilə pisləşməsini göstərməklə yanaşı, insanların hökumətə münasibətini də ortaya qoymuş olur.

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

elsevər 2018-12-26 18:12:29

BIZDƏ İSƏ HƏR 10 NƏFƏRDƏ 9,9 nəfəri.

X 2018-12-26 18:12:29

Bes rusyalidan biri Azerbaycanda besinden dordu yorgunun yorgunu acin acidi

Son yazılar