Eldar Əzizov sektor müdirini işdən çıxardı – Yeni təyinat

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sektor müdirini işdən çıxarıb.Unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə, Kadr məsələləri sektorunun müdiri Gülarə Mustafa qızı Mürsəliyeva vəzifəsindən azad olunub.

Onun yerinə isə İlahə Həsənzadə təyin olunub. O, bu təyinata qədər Səbail Rayon İcra Hakimiyyəti Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində Məsləhətçi (kadrlar üzrə işin aparıcısı) vəzifəsində çalışıb.

635x100

Şərhlər

antiAbu 2018-12-26 19:37:27

Hacıbalanın Rasim və Namiq kimi əlaltılarını başqa vəzifəyə keçirirlər, Sani Nəsibov, bağça uşaqlarının boğazına şərik Eldar Yunusov, bakılılara zülm etmiş Zülfəli İsmayılov kimilərinə toxunmağa cəsarət etmirlər, amma bu bədbəxt və kasıb qadını işdən azad edirlər. Bu, qadına yeni il hədiyyəsidir. Hacıbalanın qardaşının kürəkəni, evlənənə kimi 28 May metro stansiyasının çıxışında vikerroy siqaretləri satan, indi milyarder olan Vüqar Seyidov bu idarədə şöbə müdiridir. Çıxardın görək, çıxarda bilirsiniz?

Son yazılar