Mehman Hüseynov barəsində yeni cinayət işi açılıb 

Dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Bu barədə "Report"a Penitensiar Xidmətdən bildirilib. Qeyd olunub ki, hadisə zamanı xəsarət almış Ə.Abdalova tibbi yardım göstərilməsi məqsədilə müəssisəyə təcili həkim briqadası çağrılıb: "Məhkum Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən hadisə yeri müayinə olunmuş və aidiyyəti üzrə araşdırma aparılır. Prokurorluqdan verilmiş məlumata görə faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb".

635x100

Şərhlər

Fərid 2018-12-26 20:51:36

Bu cavan uşaqdır,günahı vardırsa cəzasını çəkir,yenidən onu bu oyuna salmaq nə insanlığa,nə dinə imana sığmayan bir işdir. Sizin də uşaqlarınız var. Allah götürməz bunu. Buraxın çıxıb getsin,qovun bu ölkədən ancaq onun cavanlığını əlində almayın.

İlqar Rusiyalı 2018-12-26 20:51:36

..... Yaxşı ki, Mehman Hüseynov tərəfindən .... hərəkətlər etmək maddəsi üzrə ittiham ilə sürülməyib. Deyirəm ayıbdır, ....

Əhnəd 2018-12-26 20:51:36

Bu cavan tərbiyəli uşağı ora salmışdınız ki tərbiyələnsın və indiki məlumatınıza görə bunu siz oralarda bir yekə cəngavərə banditə çevirmisiniz..Ayıbdır bu qara şalvara ağ yamaq salmağa oxşayır.Yaxşı ki o döyülən sağ qalıb ancaq elə yaşamaqdansa

murad 2018-12-26 20:51:36

Çox maraqlıdır nə əcəb axtarış zamanı ancaq 461 manat pul tapıblar Silah sursat və ya ən azından narkotik tapmayiblar Yeqinki Mehman silah sursatı ehtibarlı yerdə gizlədib.Ola bilsin bu kimi ittahamı növbəti mərhələyə saxlayıblar

EJDER 2018-12-26 20:51:36

O, MILLETIN GELECEYIDIR,ALLAH SIZE LEHNET ELESIN....GUNAHI NEDIR...

ŞƏRHÇİ: 2018-12-26 20:51:36

Buraxın Mehmanı,yoxdur onun günahı.

Müfəttiş 2018-12-26 20:51:36

Bunlar ayıb-zad bilən deyillər. O məsələlər məmurlarımız üçün, coxdan bitib...

enri 2018-12-26 20:51:36

Bunların daha Allahdan qorxuları yoxdur.Amma bilmirlər ki, Allah bir gün cəzalarını verəcək

Son yazılar