RÜFƏT ASLANLI AEROPORTDAN GERİ QAYTARILDI - Ölkədən çıxışına qadağa qoyulub!

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulub.

Etibarlı mənbələrdən virtualaz.org-a məlum olub ki, keçmiş məmur Bakı aeroportunda sənədlərin yoxlanılması üçün saxlanılıb. Rüfət Aslanlı Yaponiyaya uçmağa hazırlaşırmış.

Keçmiş məmura xəbərdarlıq edilib ki, onun Azərbaycanın hüdudlarından kənara çıxmasına qadağa qoyulub. Qadağanın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Rüfət Aslanlının adı dəfələrlə müxtəlif korrupsiya qalmaqallarında iştirakda hallanıb. Daha əvvəl KİV keçmiş məmura aid olan bahalı saat və avtomobil kolleksiyaları haqda yazırdı. Rüfət Aslanlı həmçinin Fransada şəxsi üzümlük sahələrinə malikdir və orada öz adını daşıyan şərab buraxır.

635x100

Şərhlər

Sadə azərbaycanlı 2018-12-26 22:19:31

Qanunla necə olmalıdır?Niyə Azərbaycanda qanunlar yalnız kasıblara tam gücü ilə tətbiq olunur?Axı biz qanuni dövlət qurduğumuzu deyirik.Bəs necə olur ki, milyon,milyardları oğurlayanlar sərbəst gəzirlər? Hüquq mühafizə orqanları bu oğru YAP=çılara niyə göz yumur?

Vekil 2018-12-26 22:19:31

Yeni teklif? Tecili bir komute yaradilmalidir bu komutenin isi kecmis ve indiki memurlarin xarcdeki mulklerini askar edib geri qaytarmaqla mesqul olmalidir!!! Onda baxin buccemize nece milyard topalanir!

Сабина 2018-12-26 22:19:31

boş boş işlərnən məşquldular. hamı düz oldu bircə aslanlı səhv oldu ....

G M 2018-12-26 22:19:31

Hara gedirsən,``oğurladı var,hamısını apardı yox``.Qaytar gizlinlərini,sonra nə qədər uça bilirsən,uç.

BABAYEVA ASYA EHMEDELI Qi 2018-12-26 22:19:31

bublik idara yaradarsan onuh raisida hoggabaz olar dovlatin vasaitlarini dagidar bas muvafig gurumsaglar hara baxirdi ki publiklarnadir axi

Moshu 2018-12-26 22:19:31

Ölkədə çox əcaib praktika mövcuddur. Hər hansı məmura o qədər azadlıq verilir ki, məmur əndazədən çıxır, idarəolunmaz bir qüvvəyə çevrilir. Sonradan məlum olur ki, sən demə bu yırtıcının biri imiş. Görünür k, bu məmur şəxsi keyfiyyətlərinə görə deyil, tanışlıq, yaxınlıq, qohumluq və s. prinsiplərə görə vəzifəyə təyin olur, çünki Azərbaycanımızda vəzifəni qabiliyyəti, şəxsi keyfiyyətinə görə deyil, yuxarıda qeyd etdiyim keyfiyyətlərinə görə verirlər. Analoqu olmayan Azırbaycan

R-n 2018-12-26 22:19:31

Milyard ogurlayanlari tutulmasinin necesinin shahidi olurug,ancag budceye bir gara gepik de gaytarilmir...

miri 2018-12-26 22:19:31

"Ciblərin boşalmasi" prosesindən keçməmiş "ölünü də cəhənnəmə buraxmaq"a icazə yoxdur!!!

Son yazılar