Salah israilli futbolçunun “Liverpul”a keçidinə qarşı çıxıb

"Liverpul"un futbolçusu Məhəmməd Salah "Zalsburq"un israilli futbolçusu Munas Dabburun İngiltərə klubuna transferinə qarşı çıxıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, misirli hücumçu klub rəhbərliyini bu transfer gerçəkləşəcəyi təqdirdə, "Liverpul"dan ayrılacağı ilə bağlı təhdid edib.

Salahın M.Dabburu Misirlə İsrail arasında yaxşı olmayan siyasi münasibətlər səbəbindən komandada görmək istəmədiyi iddia olunur.

Qeyd edək ki, 26 yaşlı futbolçu hələ İsveçrə "Bazel"ində çıxış edərkən "Makkabi" (Tel-Əviv) ilə oyunda israilli futbolçuların əlini sıxmaqdan imtina edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar