“Ermənilər haradan bilirdi ki, Azərbaycanın müdafiə naziri ölkədə yoxdur?”

“Yenidən istintaqa çağırılmamışam. İlk növbədə bu məsələnin mənə zərrə qədər də aidiyyəti yox idi. Birinci dəfə çağırılanda çoxlu suallar verildi və istintaqa da məlum oldu ki, o məsələ ilə bağlı mənim çağırılmağım heç düzgün deyil.

“Ermənistan QHT-ləri ilə bir yerdə keçirdiyim hansısa layihələr varmı”, ümumiyyətlə, “Rauf Mirqədirovun, Leyla Yunusun layihələrində iştirak etmişəmmi” tipli suallar yersizdir. İkincisi, normal vətəndaş kimi getdim, onları maraqlandıran suallara cavab verdim və bununla məsələ yekunlaşdı”.

Bunu Modern.az-a açıqlamasında jurnalist Rauf Mirqədirov işi üzrə istintaqda dindirilmiş ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Üzeyir Cəfərov deyib.

O, yenidən – ikinci dəfə istintaqa çağırılacağını gözləmir: “İstənilən vaxt çağırsalar getməyə hazıram. Mənim Rauf Mirqədirovla hansısa şəxsi tanışlığım olmayıb. Düzdür, jurnalist kimi bir-birimizi tanımışıq, müəyyən tədbirlərdə görmüşük, amma ondan başqa heç bir münasibətimiz olmayıb. Ona görə də yenidən istintaqa çağırmağa lüzum qalmayıb.

Gərək istintaqda elə bir şey ola ki, bu məsələ ilə bağlı əlavə suallar yaransın. Əgər ehtiyac yaransaydı, yəqin ki, çoxdan çağırılardım. Bir də mən hələ gözləyirəm. Rauf Mirqədirovun işində Müdafiə Nazirliyinin hansısa zabitinin və yaxud zabitlərinin adı keçir. Düzdür, indiyə qədər hələ o fakt açıqlanmayıb.

Mənə də bu, qəribə gəlir. Hərbi Prokurorluqda da bildirdim ki, necə olur ki, dövlət başçısı və müdafiə naziri Azərbaycanda olmadığı dövrdə ermənilər önəmli mövqelərimizə basqın edirlər. Gəlin fikirləşək, ermənilər haradan bilirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkədə yoxdur və yaxud müdafiə naziri Türkiyədə istirahətdədir...”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar