«ABŞ Rusiya sərhədlərində yüksək dəqiqlikli silahlar yerləşdirir» - Admiral Korolyov

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin hərbi-dəniz donanmasının (HDD) baş komandanı, admiral Vladimir Korolyov bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiya sərhədləri boyunca strateji silahların sayını artırır. «Krasnaya zvezda» nəşri ondan sitat gətirir.

Korolyov bəyan edib ki, son vaxtlar ABŞ və NATO ölkələri Rusiya sərhədləri boyunca operativ və döyüş hazırlığı tədbirlərinin sayını artırıb. Bundan başqa, admiral bildirib ki, Rusiya ərazilərinin yaxınlığındakı su hövzələrində ABŞ-;n raket əleyhinə müdafiə (RƏM) dəniz sistemləri, strateji qeyri-nüvə yüksək dəqiqlikli silahları və hərbi struktur obyektləri yerləşdirilir.

O, qeyd edib ki, bu günə, onun hərbi-dəniz iştirakı 100-dən artıq müxtəlif sinifdən olan döyüş gəmilərindən ibarətdir. Admiral əlavə edib ki, Rusiya HDD qüvvələrinin sayı dənizdən gələ biləcək təhlükələri istisna etməyə imkan yaradır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar