Ata-oğul Axundovların şirkətləri birləşdi

Azərbaycanda iki tikinti şirkəti birləşib.

“Report” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi “Şərur” Mənzil-Tikinti Kooperativinə qoşularaq ləğv olunduğunu elan edib.

Beləliklə, “Şərur” Mənzil-Tikinti Kooperativi “Stil Tikinti” Mənzil-Tikinti Kooperativinin ona qoşulması nəticəsində yenidən təşkil olunub.

2001-ci ildə yaradılmış “Şərur” MTK-nın qanuni təmsilçisi İsfəndiyar Məhəmməd oğlu Axundov, 2004-cü ildə fəaliyyətə başlayan “Stil Tikinti” MTK-nın isə qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovdur. M.Axundov İ.Axundovun oğludur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar